Şəki icra başçısının MÜLKLƏRİ: 5 villası və çoxsaylı obyektləri var? – VİDEO
MillətinSəsi.info xəbər verir ki, “Kanal 13″-ün yayımladığı videosüjetdə icra başçısının 5 villasının olduğu, sahibkarlardan abadlıq işi adı altında pul yığdığı iddia edilib. Bundan əlavə icra başçısının Şəkidə çörək biznesini inhisara aldığı qeyd olunub.
Həmin videosüjeti oxuculara təqdim edirik:
Məsələyə münasibət öyrənmək üçün Şəki şəhər İcra Hakimiyyətilə əlaqə saxlanılıb. İcra başçısı Elxan Usubovla şəxsən danışa bilməsək də, onun köməkçisi Yusif Məmmədovla əlaqə saxlaya bildik.
Yusif Məmmədov bildirdi ki, icra başçısı haqqında yayılan informasiya həqiqəti əks etdirmir: “Bu xarakterli məlumatlar azad informasiya cəmiyyətində yayıla bilər. Bugünkü gündə, informasiya çağında hər kəs istədiyi məlumatı yayır. Evindən oturub ağlına gələni yazır. Bu, qarşısıalınmaz bir işdir. Hazırda kiməsə şər atmaq asandır. Kiminsə normal evi ola bilər. Lakin bunu götürüb şişirtmək və 100 ev etmək olmaz axı.
Bunlar şər və böhtan xarakterli məlumatlardır. Xüsusi qruplar tərəfindən Şəkinin icra başçısı Elxan Usubovun xidməti fəaliyyətinə ləkə və qüsur gətirmək üçün yayılan xəbərlərdir. Həmin xəbərləri yayan şəxslər barəsində Elxan Usubov hüquq-mühafizə xidmətlərinə müraciət edəcək. Öz hüquqlarını qoruyacaq”.