Cəmiyyət

Hərbi cinayətlər və beynəlxalq riyakarlıq

Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək Sərkərdəlik qabiliyyəti, yenilməzliyi, qətiyyəti, siyasi iradəsi, rəşadətli Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın öz Prezidenti ətrafında sıx birləşməsi, Ordumuza güclü dəstəyi sayəsində qazanılan Şanlı Qələbənin həm gedişində, həm də postmüharibə dövründə Azərbaycan tərəfindən beynəlxalq hüququn normalarına, müharibə qanunlarına yüksək səviyyədə əməl edilmişdir. Maksimum səviyyədə cəhd göstərilmişdir ki, mülki şəxslərə xəsarət yetirilməsin. Eyni zamanda əsirlərlə həm hərbi qanunlara əməl olunmaqla, həm də insanlıq baxımından rəftar olunmuşdur. Ancaq təəssüflər olsun ki, bunu işğalçı Ermənistan barədə demək olmaz. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2 oktyabr 2021-ci il tarixində İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirmişdir ki, Müharibə zamanı saxlanmış bütün şəxslər müharibə başa çatan kimi Azərbaycan tərəfindən dərhal Ermənistana qaytarılıb. Müharibənin başa çatmasından  və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra Azərbaycana göndərilən adamlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində saxlanılıblar. Onlar hərbçilərimizə hücum edib və dörd nəfəri qətlə yetiriblər. Yəni, bunlar müharibə əsirləri deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu diversiya qrupunun üzvləridir.

Ermənilər 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları üçtərəfli Bəyanatda nəzərdə tutulmuş müddəaya əsasən Kəlbəcəri tərk edərkən əlavə vaxt istədikdə Azərbaycan buna etiraz etmədi. Ancaq Ermənistan qeyri-humanist addım ataraq işğal etdikləri ərazilərə çoxsaylı mina basdırmışlar ki, azərbaycanlılar öz doğma ocaqlarına qayıda bilməsinlər. Hətta Azərbaycan tərəfindən göstərilən insani münasibətin ziddinə olaraq verilən vaxtdan istifadə edib Kəlbəcərə basdırılan minaların sayını artırmağa çalışmışlar. İşğalçı dövlət dəqiq xəritələri bütün dünyanın gözü qarşısında Azərbaycana vermək istəmir. Əlbəttə, bu, ermənilərin nə qədər qəddar, qaniçən, işgəncə, əzab verməkdən zövq alan bir millət olduğunu əyani şəkildə təsdiq edir. Bu baxımdan ölkə başçımızın sözügedən informasiya agentliyinə verdiyi müsahibədə dediyi sözlərə diqqət yetirək: ”Azad olunmuş ərazilərdə yüz minlərlə mina basdırılıb. İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Təqdim olunmuş bəzi xəritələrin dəqiqliyi yalnız 25 faizdir”.
Bu, bir danılmaz həqiqətdir ki, dünyada mövcud olan ikili standartlar, yəni bir ölkəyə bir cür, digərinə başqa cür münasibət göstərilməsi üzündən müxtəlif dövrlərdə Azərbaycan həmişə haqsızlıqlarla, ədalətsizliklərlə, çətinliklərlə üzləşib. Təəssüflər olsun ki, postmüharibə dövründə də ölkəmiz belə standartlardan xali deyil. Avropa İttifaqının iqtisadi yardım ayrılması məsələsində nümayiş etdirdiyi mövqe ikili yanaşmanın növbəti nümunəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə dediyi kimi, Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında müzakirələr aparılır. Avropa İttifaqı Ermənistan üçün 2,6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit –burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var.
Vətən müharibəsi başlamamışdan öncə Ermənistan öz imkanlarını həddindən artıq yüksək dəyərləndirirdi. Özü üçün çoxlu miflər uydurmuşdu. Hətta yeni ərazilər işğal etmək niyyətində idilər. Erməni faşistlərinin uydurduqları “Cəsur erməni əsgəri”, “Məğlubedilməz Ermənistan Ordusu”, “Keçilməz Ohanyan səddi” kimi miflər Azərbaycan Ordusunun “Dəmir yumruğ”u ilə darmadağın edildi. 44 gün ərzində qazanılan tarixi Zəfərlə Azərbaycan xalqı öz adını dünya hərb tarixinə qızıl xətlərlə yazdırdı. Ona görə də bur daha “Dəmir yumruğ”u başları üzərində görmək istəmirlərsə, yaxşı olar ki, Azərbaycanın gücünü, qüdrətini, hərtərəfli potensialını düzgün qiymətləndirsinlər, tələb olunan şərtlərə vaxtında və düzgün şəkildə əməl etsinlər. Bu baxımdan Ölkə Prezidenti İlham Əliyevin EFE informasiya agentliyinə verdiyi müsahibədə dedikləri ibrətamiz və dərin məna tutumu olan ifadələrdir: ”Ölkəmizin potensialı müqayisə olunmazdır. Ola bilsin, erməni hökuməti Azərbaycan qarşısında şanssız olduğunu, əraziləri dinc yolla boşaltmadığı təqdirdə ciddi çətinliklərlə üzləşəcəyini real şəkildə qiymətləndirə bilmədi. Bunun nəticəsidir ki, Ermənistan məğlubiyyət kimi faciə ilə üzləşib”.

Əzizağa Məmmədli,
“Qələbə” qəzetinin əməkdaşı

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir