Cəmiyyət

Hacı Məhərrəmin kürəkəninin törətdiyi avtoqəza ilə bağlı maraqlı detallar üzə çıxdı – VİDEO

Bir neçə ay öncə Novxanı-Sumqayıt yolunda «Range-Rover» markalı 10- CO-002 nömrə nişanlı avtomobillə bir-neçə şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş Elşad Kəlbəliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşmış və iş mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxsin müdafiəçisi Əli Hüseynov bu işlə bağlı Azinforum.az-a açıqlama verib. O, təəssüf hissi ilə bildirib ki, Elşad Kəlbəliyevin törətdiyi yol-nəqliyyat hadisəsi və onun öz şəxsiyyəti ila bağlı ictimaiyyətə verilmiş məlumatlar həqiqətdən uzaqdır və bəlkə də kimlərsə tərəfındən məqsədyönlü şəkildə təhrif edilir. Müdafıəçinin deməsinə görə, mediada yayımlanan məlumatlar hər bir insanda elə təsəvvür yaradır ki, güya hadisəni törətmiş Elşad Kəlbəliyev 20-25 yaşlarında harın, ərköyün bir gəncdir və hadisəni də sözün əsl manasında harınlıqdan törədib: “Həqiqət isə belə deyil! Elşad Kəlbəliyev bir-neçə azyaşlı uşaq atası olmaqla, böyük ailə başçısıdır və onun yaşı artıq 44-ü ötüb. Özü də bizneslə məşğul olan ciddi iş adamıdır. Qardaşı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olduğundan, onun uşağına və həyat yoldaşına da Elşad Kəlbəliyev baxır, yəni onlar Elşadın himayəsindədirlər

Elşad eyni zamanda çox böyük vətənpərvərlik hisslərinə malik olan şəxsdir. Ölkəmiz üçün qürur salnaməsi olan 44 günlük Vətən müharibəsi zamanı Elşad Kəlbəliyev 1 gün də olsun cəbhə bölgəsindən ayrı düşmədi. Əlindən gələn köməkliyi Şanlı Ordumuza etdi. Bunu sübut edən kifayət qədər video və foto materiallar var”.

Müdafiəçi Əli Hüseynovun deməsinə görə, ən təəssüf doğuran hal isə odur ki, media tərəfindən hadisə törədilərkən Elşad Kəlbəliyevin güya sərxoş vəziyyətdə olması barədə məlumatlar yayılıb. Bu da onun haqqında cəmiyyətdə kifayət qədər mənfi fikrin formalaşmasına səbəb olub.

Birmənalı şəkildə bildirirəm ki, Elşad Kəlbalıyev hadisə baş verərkən sükan arxasında tam ayıq vəziyyətdə olub. Hadisədən bir-neçə saat sonra Elşad Kəlbəliyev Azərbaycan Respublikasının yeganə və ən mötəbər dövlət ekspertiza orqanı olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza va Patoloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin öz laboratoriyasında, ekspertizadan keçirilmiş, onun qanı ve digər zəruri nümunələr ekspertlərin özləri tərəfindən götürülərək tədqiq edilib.
Rəsmi və işdə olan yeganə mötəbər ekspertiza rəyi ilə müəyyən edilib ki, hadisə törədilən zaman, Kəlbəliyev Elşad Məhərrəm oğlundan götürülmüş qan və digər nümunələrdə spirt (alkoqol) ve narkotik, psixotrop tərkibi maddələr aşkar edilməyib. İstintaqın yekunlaşdığı üçün biz bu faktları indi açıqlayırıq.
Müdafiəçi Əli Hüseynov həmçinin ümid etdiyini bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qanunun aliliyi prinsipi əsas götürülərək işə obyektiv baxılacaqdır”.

Azinforum.az bildirir ki, Elşad Kəlbalıyev tanınmış iş adamı, “Qurtuluş 93” yaşayış kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzovun kürəkənidir.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir