Cəmiyyət

Azərbaycan Texnologiya Universiteti “rektorsuzluq” yaşayır – İTTİHAM

Teref.az xəbər verir ki, Azərbaycan Texnologiya Universitetində baş verən özbaşınalıqlar, qanunazidd əməllər barədə çox yazmışıq. Fikirləşmişik ki, bizdaxil olan şikayətlərə reaksiya verərək, onu içtimaiyyətin diqqətinə çatdırırıq. Qalanını dövlət özü həll edəcək. Lakin nədənsə deyəsən dövlətin əli Azərbaycan Texnologiya Universitetinə çatmır. Çatsa idi Gəncə şəhərinin hörmətli ziyalı qadını, kafedra müdürü bu gün Universitetin rəhbərliyini fırıldaqda,qərəzdə və başqa işlərdə ittiham etməzdi. Beləki, Yeni Azərbaycan Partiyasının üzvü, 39 saylı Kəpəz birinci (Gəncə ) seçki dairəsinin 21 saylı məntəqə seçki komissiyasının üzvü, Azərbaycan Texnologiya Universitetinin Hərbi Səfərbərlik Şöbəsinin müdiri vəzifəsində işləyən Hüseynova Mərziyyə Abbas qızı dövlət başçısına şikayətində yazır:
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə.
Yeni Azərbaycan Partiyasının üzvü, 39 saylı Kəpəz birinci (Gəncə ) seçki dairəsinin 21 saylı məntəqə seçki komissiyasının üzvü, Azərbaycan Texnologiya Universitetinin Hərbi Səfərbərlik Şöbəsinin müdiri vəzifəsində işləyən, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi, 1 – ci döngə, bina 3, mənzil 6- da yaşayan Hüseynova Mərziyyə Abbas qızı tərəfindən
Şikayət ərizəsi

Hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev !
Mən Hüseynova Mərziyyə Abbas qızı, Yeni Azərbaycan Partiyasının üzvü olaraq, fəxrlə bildirmək istəyirəm ki, Siz dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməklə Azərbaycan dövlətçiliyinə və xalqına əvəzsiz xidmətlər göstərdiniz.
Ulu öndərimiz 1993- cü ildə müstəqil dövlətimizi məhv olmaqdan xilas etdi. Dövlətçiliyimizi möhkəm təməllər üzərində qurdu. Siz isə onu daha da inkişaf etdirib qələbəyə apardınız. Son 200 ilin ən şanlı zəfər tarixini yazdınız. 44 günlük müharibə ilə Ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz. Sizin rəhbərliyiniz altında şanlı Ordumuz və rəşadətli Azərbaycan əsgərlərinin mənfur düşmənə vurduğu möhtəşəm zərbələr nəticəsində torpaqlarımızın işğaldan azad olunması və Azərbaycan xalqına qarşı təxribat törədən erməni faşistlərini torpaqlarımızdan azad edib, onların üzərində qələbə qazanmağınız və Azərbaycan Respublikasının üçrəngli bayrağının tarixi Qarabağ torpağımızda, qədim Şuşa şəhərinin ən yüksək yerində dalğalanması, 10 Dekabr 2020 – ci il tarixində Vətən Müharibəsinin Zəfər paradının Bakı şəhərində keçirilməsi Yeni Azərbaycan Partiyasının üzvü olaraq məni çox qürurlandırır.

Siz təkcə torpaqlarımızı işğaldan azad etmədiniz, həm də Azərbaycan xalqının tapdanmış qürurunu, mənəviyyatını özünə qaytardınız. Siz uzaqgörən siyasətinizlə düşmənlərimizə və dünyaya diplomatiya dərsi verdiniz. Siz böyük Sərkərdə olaraq dünya hərb tarixinə yeni səhifə yazdınız.
Onu da xatırlatmaq istəyirəm ki, SSRİ-dövründə, Sovet qoşunları erməni quldur dəstələri ilə birgə 1990 -cı il yanvar ayının 19 -dan 20 – nə keçən gecə Bakı şəhərinə hücum edib, Azərbaycan xalqına qarşı terror aktı törədərək 134 mülki şəxsi öldürmüş, 300 insanı ağır yaralamışdı. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli liderimiz Heydər Əliyev olmuş və vəzifədə olmasına baxmayaraq, öz həyatını təhlükə altında ataraq, Sizinlə birlikdə 21 yanvar 1990 -cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciə ilə əlaqədar mətbuat konfransı keçirdi və keçirilən yığıncaqda iştirak edərək ” Qırğın törədənlərin hamısının layiqincə cəzalandırılmasını ‘ tələb etdi.
Bu qırğının kimlər tərəfindən törədilməsini bütün dünya ölkələrinə bəyan etdi. Həmin vaxt mən də bunun canlı şahidlərindən biri olmuşam. Belə ki, Gəncə şəhərindən Moskva şəhərinə bu qanlı hadisəyə etirazımızı bildirmək üçün göndərilən bir qrup Azərbaycan nümayəndə heyətinin tərkibində mən də bir Azərbaycanlı qadını kimi 21 yanvar 1990 -cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində Ulu öndərimiz Heydər Əliyev tərəfindən keçirilən yığıncağın iştirakçısı olmaqla və Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət barədə həqiqətləri vərəqələrdə əks olunan məlumatlar və günahsız yerə öldürülən şəxslərin fotoşəkillərini Moskva şəhərində yaşayan sakinlərə və xarici ölkələrin nümayəndəliyinə çatdırılması üçün, milis ( polis ) əməkdaşlarının nəzarətindən gecələr yayınaraq Moskva şəhərində binaların , şəhər mərkəzində və digər görüntülü yerlərdə yapışdırılmasında fəal iştirak etmişəm.
Hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev!
Mən Azərbaycan Texnologiya Universitetinin Hərbi Səfərbərlik Şöbəsinin müdiri vəzifəsində işləyən, 26 mart 1953 cü il təvəllüdlü Hüseynova Mərziyyə Abbas qızı məcburiyyət qarşısında qalıb, Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayevə və Azərbaycan Texnologiya Universitetinin rektoru cənab Akif Süleymanova 11 dekabr 2020 ci il tarixdə yazmış olduğum ərizəmə cavab verilməməsinə ( baxılmamasına ) görə şikayət ərizəsi ilə Sizə müraciət edirəm.

Cənab prezident. Siz dəfələrlə məmurlara özbaşınalıq etməmələri haqqında xəbərdarlıq edirsiniz. Buna baxmayaraq Texnologiya Universitetin rektoru Akif Süleymanov və ətrafında olan məmurların işçilərə qərəzli münasibəti sonsuzdur. Bunu bütün dövlət qurumları və Təhsil nazirliyi bilir. Çox saylı şikayətlərə baxılmaması səbəbindən Ulu öndərimiz Heydər Əliyevin birbaşa qayğısı və himayədarlığı ilə Azərbaycan Texnologiya Universiteti indiki rəhbəri Akif Süleymanovun çirkin idarəçiliyi qarşısında, Universitetlər sırasında ən son sıralardadır. Cənab Prezident ! Texnologiya Universitetində işdən kənarlaşdırılan əməkdaşların hər birinin öhdəsində 4 -5 nəfər ailə üzvlərinin olmasını nəzərə alaraq, yüzlərlə insanın maddi durumunun dözülməz hala salınmasının qarşısının alınmasını Sizdən bir vətəndaş kimi xahiş edirəm.
Bildirirəm ki, mən Hüseynova Mərziyyə Abbas qızı, 1980 ci ildən Azərbaycan Texnologiya Universitetinin Hərbi Şöbəsinə işə qəbul olunmuşam. Ailəli olmuşam. Üç övladım var. Mərhum həyat yoldaşım Hüseynov Musa Əli oğlu adi sürücü olmuş, ürəyindən xroniki işemik xəstəliyinə tutulmuş, şəkərli diabet xəstəliyindən uzun müddət müalicə olunmasına baxmayaraq 29 oktyabr 2020 ci ildə ürək tutmasından vəfat etmişdir. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Eyni zamanda 20 ildir ki, 39 saylı Kəpəz birinci (Gəncə )seçki dairəsinin 21 saylı məntəqə seçki komissiyasının üzvüyəm.
40( Qırx ) ildir ki bir sahədə işləməklə əmək stajım vardır. Hazırda Azərbaycan Texnologiya Universitetinin Hərbi Səfərbərlik Şöbəsinin müdiri vəzifəsində işləyirəm. Hərbi Səfərbərlik Şöbəsinin əsas vəzifəsi çağırışçı tələbələrin uçotu, əyani şöbədə təhsil alanların bronlaşdırılması, Azərbaycan Respublikasının Çağırış üzrə Dövlət Xidmətləri ilə çağırışçılar haqqında müntəzəm yazışmaları, işləyən hərbi mükəlləfiyyətlilər və çağırışçı -tələbələr haqqında müvafiq hesabatların hazırlanması, əyani şöbədə təhsil alan çağırışçı -tələbələr haqqında qeydiyyat üzrə Azərbaycan Respublikasının Çağırış üzrə Dövlət Xidmətlərinə Forma – 10 arayışlarının göndərilməsi, tələbələrə Çağırış üzrə Dövlət Xidmətinin şəhər -rayon idarə və şöbələrinə, eləcə də digər qurumlara təqdim etmək üçün arayışların verilməsi, təxsislənmiş hərbi mükəlləfiyyətlilərin qeydiyyatının aparılması və hər il Çağırış üzrə Dövlət Xidmətinin şəhər -rayon idarə və şöbələrinə qeydiyyat üzrə tutuşdurmaq üçün hərbi uçot vərəqələrinin göndərilməsi, Universitetə işə qəbul olunan vətəndaşların ( kişilər ) hərbi səfərbərlik şöbəsində qeydiyyat yoxlaması, T -2 vərəqələrinin doldurulması və yaşayış yeri üzrə hərbi səfərbərlik idarələrinə göndərilməsi və Hərbi səfərbərliyə aid digər işlər görülməsidir.
Bundan başqa Universitetin və Gəncə şəhərinin ictimai həyatında fəal iştirak edirəm. Dəfələrlə öz vəzifəmi yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyimə və Universitetin ictimai həyatında fəal iştirak etdiyimə görə fəxri fərmanla və təşəkkürnamə ilə təltif edilmişəm.
Eyni zamanda Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərimə, vəzifəmin layiqli icrasına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri, Kəpəz rayon şöbəsi tərəfindən 13 fevral 2020- ci il tarixdə Fəxri Fərmanla təltif olunmuşam. Universitetin Hərbi Səfərbərlik Şöbəsində işlədiyim müddət ərzində əmək intizamına həmişə ciddi riayət etmişəm və işimlə bağlı nöqsanlarım olmamışdır. Pandemiya başladığı gündən karantin rejiminə keçirildiyindən, digər sahələrdə işlərin müvəqqəti dayandırılmasına baxmayaraq, Universitetin Hərbi Səfərbərlik Şöbəsinin əməkdaşları ilə birlikdə fəaliyyətimizi davam etdirmişik. Müharibə dövründə isə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri, Kəpəz rayon Şöbəsi və digər rayon şöbələri ilə mütəmadi olaraq əlaqə saxlamışam və karantin dövründə ictimai nəqliyyat işləmədiyi vaxtlarda işlə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri, Kəpəz rayonu Şöbəsi və digər rayon şöbələrinə taksi xidmətlərindən istifadə edərək, 260 manat mənə verilən əmək haqqımdan aldığım pul vəsaitimdən ödəmişəm.
Eyni zamanda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Gəncə şəhəri, Kəpəz rayonu şöbəsi və digər rayon şöbələri ilə əlaqə telefon danışıqlarını iş yerimdə telefonun kodunu rektor Akif Süleymanovun qərəzli göstərişi ilə bağlandığından özümə məxsus şəxsi mobil telefonuma kontur yükləyib danışıram. Bu da ki, mənə əlavə xərcdir.
Hörmətli Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev!
Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun 2013- cü il mart ayında rektor təyin olduğu vaxtdan indiyədək Azərbaycan Texnologiya Universitetində baş verən qanunsuzluqlar son həddə çatıb.( Bu barədə dəfələrlə Universitetin professor-müəllim heyəti və digər işçiləri tərəfindən rəsmi orqanlara şikayətlər olmuşdur ). 2017 ci ildən başlayaraq Universitetin Hərbi Səfərbərlik Şöbəsinə də qərəzli şəkildə mənə qarşı təzyiqlərə başlamışdır.
Belə ki, birinci olaraq 2018 ci ilin fevral ayında Universitetin İnsan Kapitalının müdiri Zaur Əliyev məni iş otağına dəvət edib bildirdi ki, 1 – ci və 2 – ci şöbələr birləşir. Sizi də ora müdir təyin edirik. Bu barədə məndən ərizə aldılar və mənə dedi ki, bir şərtlə ki, mən onlarla müqavilə bağlayım. Universitetin İnsan Kapitalının İdarə Edilməsi Mərkəzinin müdiri Zaur Əliyev məni aldadaraq müqaviləyə imza etdirdi.
Aradan 10 gün keçdikdən sonra rektor Akif Süleymanov məzuniyyətdən geri qayıtdı və bildirdi ki, birləşmə olmayacaq, hərə öz işində qalacaq. 2019 cu ilin fevral ayında yenə Universitetin İnsan Kapitalının İdarə Edilməsi Mərkəzinin müdiri Zaur Əliyev məni öz otağına çağırıb dedi ki, siz işdən azadsınız. İşləmək istəyirsinizsə əmək müqaviləsinə imza etməlisiniz. Həmin dövrdə mərhum həyat yoldaşım Hüseynov Musa Əli oğlu Bakı şəhərində Semaşko adına xəstəxanada ağır vəziyyətdə müalicə olunurdu.
Zaur Əliyev mənim bu kritik vəziyyətimdən istifadə edib, məni işdən çıxarmaqla hədələyib müqaviləyə imza atmağa məcbur etdi.
Mən başa düşdüm ki, onlar mənə qarşı oyun hazırlayıblar. Onların məqsədi müqavilə adı ilə məni aldadaraq müddətli müqaviləyə imza etdirmişlər. Mən aldadıldığımı başa düşüb Universitetin rektoru Akif Süleymanovun qəbuluna düşmək istədim .
Aylarla məni qəbul etmədi. Hətta Universitetin rektoru Akif Süleymanov mənə qarşı olan qədər qərəzli mövqe tutmuşdu ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələri tərəfindən göndərilən məktub -sorğularına dərkənar qoymur və hətta dəftərxanada qeydiyyata aldırmır. Mən də məcbur olub şöbədə qeydiyyat kitabı açıb, qeydiyyata salıb sənədi icra edirəm. Mən necə illərin işçisi və hazırda Azərbaycan Texnologiya Universitetinin Hərbi Səfərbərlik Şöbəsinin müdiri işləməyimə baxmayaq 300 manat əmək haqqı yazırlar və Kapital Bankdan isə 260 manat əmək haqqı alıram. Universitetdə maaş bölgüsü qeyri qanuni və gizlin aparılır.
Dəfələrlə Universitetin rektoru Akif Süleymanova əmək haqqımın artırılması ilə bağlı ərizə yazsam da heç bir nəticəsi olmamışdır. Halbuki, Universitetin rektoru cənab Akif Süleymanov öz qohum əqrabasını işə düzəldib 1000 – 1500 ( min, min bez yüz ) manat əmək haqqı yazdırır. Bundan başqa Akif Süleymanov 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə ilə tədbirlər keçirib, ”Sevdiyi qadınlara ” mükafatlar verib. Heç bir ildə məni tədbirlərə dəvət etməyibdir. Məqsədi də bu olub ki, məni ərizə yazıb işdən çıxım və işimi 1 ci şöbənin rəisinə təhvil verim. Ona görə ki, 1 ci şöbənin rəisi varlı adamın oğludur. Azərbaycan Texnologiya Universitetinin rektoru cənab Akif Süleymanov 2013 cü il mart ayından rektor təyin olunandan vaxtdan Universitetdə qərəzli olaraq işçilər arasında ayrı-seçkilik salır.
Hal-hazırda Akif Süleymanovun özünün sağlığında ciddi problemlər yaranıb , sağlıq durumu ilə əlaqədar olaraq hətta ayaq üstə dura bilmədiyi üçün Universiteti idarə etmə qabiliyyətinə malik deyil, bunu şəxsən Sizdən və Təhsil Naziri cənab Emin Əmrullayevdən ciddi cəhdlə gizlədirlər.
Hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev! Ümid və pənah yerimiz Sizsiniz! Haqq ədaləti bərpa etmək üçün Sizdən kömək istəyirəm.
Yuxarıda göstərilənləri Sizə bildirməklə xahiş edirəm ki, mənim əmək haqqımın artırılmasını, Pandemiya dövründə işləməyimi və həyat yoldaşımın vəfatı ilə əlaqədar əmək haqqımın bir misli miqdarında əlavə pulun verilməsi və məcbur edilərək imzalanmış olduğum müqavilənin ləğv edilərək mənim öz işində daimi əmrlə işləməyimə Göstəriş verəsiniz. Allah Sizi qorusun sevimli Prezidentimiz cənab İlham Əliyev ! Biz Sizinlə fəxr edirik !!!
Dia.az olaraq, adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandlrmağa hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir