Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı – 29 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2420 yeni yoluxma faktı qeydə alınıb, 1358 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Xatırladaq ki, 27 oktyabr 2021-ci il tarixində 2300 yoluxma faktı və 27 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 294 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 859, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 435 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 518 912, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 154 936, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 363 976 təşkil edir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir