Ölkədə kartof və kələm istehsalı azalıb. TİA.Az xəbər verir ki, təklif azaldığı üçün bu məhsulların qiyməti kəskin şəkildə artıb.
Kənd Təsərrüfatı Nazirliyi kartofun qiymət artımını İran kartofuna tələbatın artması ilə əlaqələndirir.
Nazirlik eyni zamanda Pakistanda kartof istehsalının azalmasının Azərbaycan bazarında kartofun qiymətinə təsir etdiyini bildirir.
Ekspert Vahid Məhərrəmovun sözlərinə görə, gülünc səbəbdir və nadan yanaşmadır: “İnam Kərimovun mərkəz direktoru pərçim etdiyi nadan isə Azərbaycanda kartofun qiymət artımını İran kartofuna təlabatın artması ilə əlaqələndirir. O cahilin dediyinə görə Pakistanda kartof istehsalının azalması da Azərbaycan bazarında kartofun qiymətinə təsir edirmiş. Belə olanda deyirlər…”