Cəmiyyət

Milyonları ölkədən BELƏ ÇIXARIR… – İLGİNC İDDİA

“AZAL” rəhbəri Cahangir Əsgərovun Gürcüstanın Batumi şəhərindəki milyonluq otelinin fotosu yayılıb.

Qafqaz.media yazır ki, sosial şəbəkələrdə yayılan məlumata əsasən, C.Əsgərovun Tiflisin mərkəzində də 2 ədəd iri oteli mövcuddur. Bunlar aşağıdakılardır:

– Otel “Grand Gloria” (Böyük Qələbə) adlanır. Gürcüstan Ədliyyə Nazirliyindən əldə olunmuş reyestr çıxarışına görə, 31 milyon dollar investisiya dəyəri olan “GRAND GLORİA” oteli 2010-cu fevralın 16-da Tiflisin Krtsanisi rayonu, Gorgasali küçəsi 3 hüquqi ünvanında qeydiyyatdan keçmiş GLORİA LLC-nin mülkiyyətindədir.

– 168 otaqlı otelin 100-dən artıq personalı var. Gürcüstan hökumətinin ilk başdan Əsgərovlar ailəsi qarşısında qoyduğu şərtə görə, otelin tikintisi (200 nəfər işçi çalışıb) və idarəçiliyində işçilərin 90 faizi Gürcistan vətəndaşları olmalıdır.

Xatırladaq ki, dünyanın ən bahalı aviaşirkətlərindən olan və regionda ən bahalı biletləri müştərilərinə satan “AZAL” hələ 2018-ci ili 208 milyon manat “zərərlə” başa vurub. Hər il dövlət büdcəsindən bu şirkətə külli-miqdarda dotasiya vəsaitlər ayrılır.

Qafqaz.media

P.S. Onu da xatırladaq ki, “AZAL” şefi təkcə var-dövləti, milyonluq otelləri deyil, son günlər həm də “olmayan bığı” ilə də gündəmdədir. Hansı ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Azərbaycana səfəri zamanı “AZAL” şefindən bığını niyə qırxdırdığını soruşmuş, Azərbaycanın dövlət başçısı İlham Əliyev isə “bığı tökülüb” deyə kənardan replika atmış və bu, ətrafdakıların gülüşünə səbəb olmuşdu. C.Əsgərovun özü də etiraf etmişdi ki, cavanlıqda bığ saxlasa da, yaşlaşdıqca bığı tökülüb… //teref.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir