Cəmiyyət

“Elman Rüstəmov vətənini sevən bankir olsaydı, Beynəlxalq Bankdan 5 milyard “itməzdi” – ŞOK İDDİA

“Elman Rüstəmov açıqlama verib ki, devalvasiya olmayacaq və bunu dünya bazarında neftin qiymətinin bahalaşması ilə əlaqələndirib, jurnalistləri və ekspertləri sosial məsuliyyətə dəvət edib”.

Elman Rüstəmovun açıqlamasını KONKRET.az-a şərh edən tanınmış iqtisadçı alim Qubad İbadoğlu bildirib ki, Mərkəzi Bank rəhbəri növbəti devalvasiya olmayacaq deyə bilər. Hər kəsin yaxşı yadındadır ki, 2014-ci ilin sonuna qədər Elman Rüstəmov israrla bildirirdi ki, devalvasiya olmayacaq: “Amma 2015-ci ilin fevral və dekabr aylarının 21-də baş verən devalvasiyadan sonra Azərbaycan manatı 2 dəfə ucuzlaşdı. Görəsən, o zaman sosial məsuliyyət hissi yox idi? İkincisi, Elman Rüstəmov elə sevinclə danışır ki, sanki dünya bazarında neftin qiymətini özü bahalaşdırıb. Devalvasiya olmayacağını da neftin dünya bazar qiymətlərinin bahalaşmasına görə Azərbaycanın valyuta gəlirlərinin artması ilə əlaqələndirir. Eyni zamanda onun əksini də təsdiq edir ki, qiymətlər ucuzlaşarsa devalvasiya da ola bilər. Əslində belə halları 2014-15-ci illərdə yaşadıq, 2020-ci ildə risklər artsa da devalvasiya siyasi qərarın təsirindən baş vermədi”.

Qubad İbadoğlu əlavə edib ki, devalvasiya olmasa da banklar bağlanır, indiyədək bağlanan 15 bankdan əhaliyə və biznesə yüz milyonlarla zərər dəyib: “Hazırda bəzi banklar yenə də bağlanma riski ilə üz-üzədir. Ölkədəki bərbad iqtisadi siyasət nəticəsində banklar neçə illərdir ki, izafi likvidlik (kredit verməkdə çətinlik çəkirlər) problemini yaşayırlar, onun bir səbəbi sahibkarlıq mühitinin pis, digər səbəbi də faiz dərəcələrinin yüksək olmasıdır. Buna baxmayaraq Elman Rüstəmov uçot dərəcəsini qaldırır. Çünki, özü də yaxşı bilir ki, ölkədəki faktiki infilyasiya rəsmi rəqəmlərdən qat-qat yükskdir. Nəhayət, Elman Rüstəmov müstəqil və vətənini sevən bankir olsa idi, Azərbaycandan oğurlanan sərvətlərinin sorağı Panama, Cənnət, Vikileks, Pandora dosyelərindən və Landromat, Kürü diplomatiyası hesabatlarından gəlməzdi. Beynəlxalq Bankdan 5 milyard “itməzdi”. Odur ki, heç olmazsa abrına qısılıb susmaq lazımdır, əgər o da varsa”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir