Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova 1999-cu ildən bu günədək, yəni 22 ildir ali təhsil ocağına rəhbərlik edir
Təsəvvür edirsiniz, 1975-ci ildə yaranan, yəni 46 yaşı olan universitetin 22 ilini Gülçöhrə Məmmədova rektor olub. Deməli, Gülçöhrə Məmmədova universiteti az qala öz “ təsərrüfatı” kimi işlədib.
Onu da qeyd edək ki, universitetdə təhsili səviyyəsi çox aşağıdır. Və universitet bu günədək 1 nəfər də olsun tanınmış memar yetişdirə bilməyib.
Biz hələ Gülçöhrə xanımın universitetdə apardığı biabirçı islahatları demirik.
Deməli, xanım rektorun göstərişi ilə yaşı 75-dən yuxarı olan müəllimlər, professorlar yarımştata keçirilir.
Gülçöhrə Məmmədova başa düşmür ki, bu müəllimlər illər uzunu elmi təcrübə toplayıblar və bu gün onlara böyük ehtiyac var. Ümumiyyətlə, dünyanın heç bir universitetində “ Gülçöhrə xanımın praktikası” tətbiq olunmur.
Xanım rektorun başqa bir praktikası odur ki, müəllimlərə tapşırır ki, tələbələri “kəsin” ki, arxasınca gələn olsun…
Bəli, Gülçöhrə xanımın bacısının adı universitetdə “imtahan biznesinin” başçısı kimi hallanır.
Bütün bunlar azmış kimi xanım rektor universitet üçün alınan bütün məhsulların tenderini özünə yaxın şirkətlərə “hədiyyə” edir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti mətbəə çap işləri üçün “A- Delfin- AA” MMC-yə 19133 manat, dəftərxana və təsərrüfat malları üçün “İnci Grour of Comranies” MMC-yə 104 min 938.53 manat, digər maşın və avadanlıqlar üçün “Aysberg SH” MMC-yə 103 min 958 manat, kommunal və kommunikasiya xidmətləri üçün EM-İnşaat MMC-yə 24 min 944 manat, idarənin xərcləri üçün “Xəzri Grour” MMC-yə 109 min 769 manat, inventarın alınması üçün “Qardaşlar Mebel-3” MMC-yə 249 min 442.56 manat, mühafizə xidməti üçün “Gesco” ASC-yə 80 min manat, digər alış və xidmətlər üçün TET MMC-yə 58 min 800 manat, avadanlığın alınması üçün “Automax TT” MMC-yə 48 min 509 manat, liftlərə texniki xidmət üçün “Aslift” MMC-yə 48 min 73.2 manat, internet xidməti üçün “AZRENA AA” MMC-yə 23 min 760 manat, mətbəə çar işləri üçün “Automax” TT MMC-yə 19 min 943 manat, cari təmir üçün “Retro Holding” MMC-yə 43 min 999.6 manat ödəyəcək.
Beləliklə, dövlət büdcəsi və tələbələrin təhsil haqqından toplanan vəsaitin bir qismi – 935 min 269.89 manat belə xərclənəcək.
1 milyon manata yaxın vəsait…
Fikir verdinizsə, Gülçöhrə xanım təkcə mebel almağa 250 min manat xərcləyib, liftə xidmət üçün isə təxminən 50 min manat.
Xanım rektor başa düşmür ki, tələbələrdən yığılan təhsil haqqı 250 min manata mebel almaq üçün deyil e…
Bir neçə il əvvəl Hesablama Palatası Azərbaycan Memarlıq və İnşaat Universitetinə, eləcə də onun nəzdində fəaliyyət göstərən İnşaat Kollecinə ayrılan büdcə və büdcədənkənar vəsaitlərin auditini aparmışdı. Və xeyli qanunnsuzluqlar ortaya çıxmışdı. Amma əmmasını Gülçöhrə xanım təkcə özü bilir.
Sadəcə, universitetin və kollecin baş mühasiblərinə xəbərdarlıq edildi, hətta rektor baş mühasibi işdən də çıxara bilmədi, çünki şərik olublar.
Ümumiyyətlə, bu adamın adı nələrdə hallanmır…
Məsələn, Gülçöhrə Məmmədovanın adı kütləvi şəkildə universitet müəllimlərinin adına kredit götürməkdə hallanıb və təkzib olunmayıb.
Xanım rektorun pandemiya dövründə tələbələrdən bahalı İPHONE telefonu almağı və dərsə mütləq bu telefonla qoşulmağı tələb etməsi heç bir əndazəyə sığmır.
Kasıb tələbələr bahalı telefonları necə alsın, Gülçöhrə Məmmədova ?
Gülçöhrə Məmmədovanın Memarlıq və İnşaat Universitetinin müəllimlər üçün tikilən binasında özü üçün özəl biznes qurması lap rüsvayçılıqdır.
Həmin binanın altını xanım rektor bütünlüklə zəbt edib.
Guya püşkatma vaxtı binanın altı rektorun bəxtinə düşüb və hazırda orada Gülçöhrə xanımın obyektləri və özəl klinika fəaliyyət göstərir.
Bütün bunlar azmış kimi rektor Gülçöhrə Məmmədova “avtostoyanka” biznesinə də girişib.
Belə ki, “Azərbaycan” nəşriyyatına doğru, daha dəqiq desək, Mətbuat prospekti istiqamətində olan avtodayanacaqlar Gülçöhrə xanıma məxsusdur. Hətta vətəndaşların gediş-gəlişinə mane olur.
İndi gördünüzmü, Gülşöhrə xanımın biznes fəaliyyəti hərtərəflidir, rektor xanım hərtərəfdən işləyir.
P.S. Növbəti yazımızda xanım rektorla millət vəkili Zabelinin Çin səfərindən bəhs edəcəyik. //gundelik-baku.com//