Cəmiyyət

Kürdəmirdə sakinlər dərdlərini deməyə YER TAPMIRLAR… – GİLEY

Kürdəmir rayon Qarabucaq kənd sakinləri “Gözətçi”yə göndərdikləri şikayətdə bildiriblər ki, yollar uzun illərdir onların əlçatmaz probleminə çevrilib. Kənd sakinləri dəfələrlə öz şəxsi hesablarına yollara çınqıllı daşlar töksələr də, yol yenə də pis vəziyyətdədir.

Kənd sakinlərinin sözlərinə görə, bu problem məktəblilərin işini də çətinləşdirir. Belə ki, yağışlı hava olduqda şagirdlərin məktəbə gedib gəlməsində böyük çətinliklər yaranır.

Şikayətçilər bildirirlər ki, dəfələrlə məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsələr də, məsələ öz həllini tapmayıb.

Qeyd edək ki, Qarabucaq kəndi Kürdəmir rayonun mərkəzindən 18 km aralıqda yerləşir. Şosse yolundan isə kəndin mərkəzinə məsafə 6 kilometrdir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir