El içində “Qocalar Evi” kimi tanınan Bilgəh müharibə əlilləri və əmək veteranları pansionatında baş verən qanunsuzluqlar barədə “Nyus.az” saytında və digər kütləvi informasiya vasitələrində gedən tənqidi yazılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və başqa aidiyyəti strukturlara məlum olsa da, hətta həmin məqalədə ehtiva olunan məsələlər müşayiətedici məktublarla cavabdeh instansiya rəhbərlərinə göndərilsə də, görünür, pansionatın direktoru Samirə Mehtiyevanın barəsində ciddi ölçü götürülməməsi, yarıtmaz əməllərinə göz yumulması onu daha da arxayınlaşdırmışdır. Belə ki, əvvəllər ictimai qınağa tuş gələn neqativ hallar indi aradan qaldırılmaq əvəzinə daha da dərinləşməkdədir.
Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, pansionatda başlıca problemlərdən olan ərzaq oğurluğu baş alıb getməkdədir və on beş gün əvvəl bunun təsdiqi kimi xidmət edən hadisə qeydə alınılb: Samirə adlı bir dayə 5 kiloqrama yaxın çəkidə əti pansionatdan çıxardığı an müəssisənin yardımçı binasının ətə həsrət sakinlərindən biri onu güdərək oğurluq üstündə yaxalayıb və mühafizəçilərə xəbər verib. Mühafizə polisi əməkdaşları ilk əvvəl hərəkətsizlik göstərsələr də, hal şahidi onları oğru ilə əlbir olmaqda ittiham edəndə məcbur olub qadının çantasını yoxlayıblar və fakt aşkarlanıb. Şahid həmçinin Sosial Xidmətlər Agentliyinə müraciət edib və müracətə əsasən müəssisəyə təftiş qrupu gəlib. Lakin direktor Samirə Mehtiyeva sonradan faktı ört-basdır etmək üçün adaşı Samirəni “sudan quru çıxarmağa” çalışaraq, hadisəyə başqa “don geydirib” – pansionatın ahıl sakinlərindən birini dilə tutublar və həmin şəxsi belə bir ifadə verməyə razı salıblar ki, guya o, əti öz pensiyası ilə satın alaraq Samirəyə pay verib.
Məlumatda qeyd olunur ki, direktor ət oğurluğunu əsas etibarilə gecələr sakinlər yatandan sonra həyata keçirdir, gündüzlər isə anbvardan mətbəxə – aşpazlara verilən ətin də təxminən yarısını mənimsəmək üçün başqa variant fikirləşiblər: Belə ki, ət birbaşa kənara çıxarılmır, əvvəlcə bəraehtiyat müəssisə rəhbərliyinə loyal olan, yəni, doyunca yedirdikləri sakinlərin şəxsi soyuducularına gizlədilir, sonra da tədricən, imkan düşdükcə xəlvətcə aradan çıxarılır.
Hər dəfə bu barədə məqalə dərc edəndə Samirə ətrafındakıları başına yığıb özündən razı halda bildirir ki, əşi, kimdir onların yazılarını oxuyan, cındır, küçə jurnalistləridir. Qoy, nə qədər yazırlar yazsınlar. Kimdir onlara əhəmiyyət verən. Əvvəlcə Samirənin özündən soruşmaq lazımdır ki, həqiqəti yazan jurnalisti cındır adlandırırsansa bəs özün kimsən. Sənin keçmişin Sabunçu İcra hakimiyyətində işləyəndən hamıya bəllidir ki, sənin keçmişin kim olub?
Mövzuya qayıdacağıq.
Nyus.Az