Məhşurlardan biri deyir ki, dünyanı banklar vasitəsilə idarə edirlər.
Bəli, banklar bu gün hər cürə silahdan güclüdür.
Dünyanın bütün çirkli pulları bu gün banklar vasitəsilə yuyulub təmizlənir.
Azərbaycanda isə az qala hər məmurun öz bankı var.
Bu cəmiyyətimiz üçün ciddi problemlər yaradır.
Banklar istədikləri kimi bank faizləri müəyyən edir, müştərilərin başına olmazın oyunlarını açırlar.
Bütün bunlara görə, cənab Prezident İlham Əliyev çıxışlarının birində banklar qarşısında konkret şərtlər qoyub: “ Biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində, baxın, hansı mexanizm olmalıdır ki, həm banklar maraqlı olsun, həm də Mərkəzi Bank buna nəzarət etsin”.
Təəssüf ki, bankların çoxu buna riayət etmir.
Belə banklardan biri də “Expressbank”dır.
Məlumat üçün qeyd edək ki, hazırda mövcud banklar içində ilk kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir.
Azərbaycanın ilk özəl banklarından biri olan Expressbank-da nələr baş verir ?
Müştərilərdən biri yazır ki, 6 gündür online kart sifariş vermişəm, ancaq bu 6 gündə bir nəfər də olsun bankdan mənimlə maraqlanmayıb.
Bu necə bankdır ki, müştəriləri ilə maraqlanmır..?
Başqa bir müştəri yazır ki, bu bankın proqram sistemi bərbad vəziyyətdədir. Bankın ödəniş səhifələri çox çətinliklə açılır, filiallarda işçi sayı xeyli azalıb, bankda müştəriləri xeyli gözlədirlər.
Bunlar sıravi müştərilərin şikayətidir.
Bank o qədər yarıtmaz fəaliyyət göstərir ki, hətta Daxili İşlər Nazirliyi Exspressbank-ı məhkəməyə verib.
Deməli, Daxili İşlər Nazirliyi müəyyən məsələ ilə bağlı Expressbank Açıq Səhmdar Cəmiyyətinə sorğu göndərib.
Bank isə DİN-in sorğusuna cavab verməyə ehtiyac hiss etməyib.
İndi özünüz fikirləşin DİN-in sorğusuna cavab verməyən bank sıravi vətəndaşı qapıdan qovar, ya yox ?
Dövlət qurumunu saymayan bank adi vətəndaşı, müştərini sayarmı ?
Prezident İlham Əliyev banklarla bağlı çıxışında deyir ki, banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir, bu da çox təhlükəli tendensiya ola bilər.
Bəli, banklar istehsala və digər vacib sahələrə kredit vermək əvəzinə vətəndaşlara istehlak üçün kredit verib dərisini soyurlar, son məqamda evini əlindən alırlar.
Bunlar hələ harasıdır ?
Vətən müharibəsindən qayıdan qazimiz neçə aydır “Exspressbank”la “döyüş”ür.
Qazi bildirir ki, iki övladımı burada qoyub döyüşə getdim:
“ Ailəmlə birlikdə kirayədə yaşayırıq. Ötən il “Expressbank”dan 4800 manat kredit götürmüşdüm və hər ay da vaxtında ödəyirdim. Elə oldu ki, Vətən müharibəsi başladı və sentyabrın 29-da səfərbərliyin çağırışı ilə döyüşə yollandım. Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı istiqamətində gedən döyüşlərdə iştirak etdim.
Döyüşdə olduğum üç ay müddətində bank mənə gecikmə faizi hesablayıb. Bu məbləğ artıq 800 manat olub. Mən bank rəhbərliyinə bildirdim ki, axı, Ali Baş Komandan sərəncam verdi ki, şəhid ailələrinin krediti bağlanılsın, döyüşçülərin krediti isə döyüşdə olduğu müddətdə dondurulsun. Bankdan mənə bildirdilər ki, bunun bizə aidiyyəti yoxdur”.
Bəli, Prezidentin göstərişlərinin Espressbank-a dəxli yoxdur. Sözün bitdiyi yer… //gundelik-baku.com//