“4 müstəntiq məni boğaraq işgəncə verib”
Bu barədə KanalS.az-a müraciət edən Laçın rayon “N” saylı hərbi hissədə xidmət edən Rəsul Quliyev bildirir ki, günahsız olduğu halda Qubadlı rayon Hərbi Prokuroru tərəfindən təhqir edilib və 4 müstəntiq tərəfindən fiziki şiddətə məruz qalıb.
Döyüşlərdə iştirak etdiyini, yaralandığını və 3 medalla təltif edildiyini bildirən hərbçi redaksiyamız vasitəsi ilə aidiyyatı qrumlardan kömək istəyir.