Manşet

Ağstafa Regional Mədəniyyət İdarəsində KÖHNƏ HAMAM, KÖHNƏ TAS… – İTTİHAM

İşğal altında olan ərazilərimizin düşmən tapdağından azad olunmasından dolayı görüləsi işlər sırasında Mədəniyyət Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür. Təkcə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada həyata keçirilməsi gərəkən işləri nəzərə alanda, onların həqiqi miqyası barədə təsəvvürlər genişlənir. Görəsən Əbülfəs Qarayevin qalmaqallı gedişindən sonra, bu ilin yanvar ayında Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında nazir vəzifəsinə təyin olunmuş Anar Qabil oğlu Kərimov bu işlərin öhdəsindən lazımınca gələ biləcəkmi? Əslində bu başqa bir söhbətin mövzusudur. Anar Kərimov nazir təyin olunandan sonra atdığı ilk addımlar kadr dəyişiklikləri olmuşdur. O, həm Nazirlikdə, həm regional mədəniyyət idarələrində müəyyən vəzifələrə gənc, perespektivi kadrları təyin etdi. İrəli çəkdiyi kadrlardan biri də Ağstafa Regional Mədəniyyət İdarəsinə rəis təyin olunan 1986-cı il təvəllüdlü Əli Elbəy Akif oğlu oldu. Əli Elbəyin idarə rəisi keçəndən sonra özü ilə gətirmiş olduğu “kreativ” ideyaları həyata keçirdiyi barədə iulginc məlumatlar dolaşır. Redaksiyamıza daxil olan informasiyada xatırlanır ki, əsasnaməyə görə hər bir işçi müəssisə rəhbəri tərəfindən işə qəbul olunur və işdən də müəssisə rəhbəri tərəfindən azad olunur. Ancaq təzə rəis “köhnə bazara təzə nırx” qoymağa qərar verib və regional idarənin tabeliyindəki bütün rayon şöbələrinin və müəssisələrinin rəhbərlərinin əlindən belə bir səlahiyyətlərini alıb. İşçilərin işə qəbulunu, işdən azad olunmalarını, hətta məzuniyyətə buraxılmalarını belə onun özü həyata keçirir.

Yerli sakinləri arasında yayılan söz-söhbətlərə görə, bir müddət bundan öncə Nazirliyin daxili nəzarət idarəsi əməkdaşları Ağstafa Regional Mədəniyyət İdarəsində yoxlamalar həyata keçirdikləri zaman, bir nəfərin adına iki ədəd və digər şəxslərin adına çoxlu sayda əməkhaqqı kartları aşkara çıxarılır. Kart sahibləri orda-burda danışıblar ki, onlara məxsus əmək haqqı kartlarının müddəti başa çatmasa da, adlarına ikinci kart açılıb və həmin kartlara pullar da köçürülüb. Kartlar Əli Elbəyin iş otağındakı seyfdən tapılır və hər biri yoxlama işlərini aparan şəxslər tərəfindən aktlaşdırılaraq götürülür.

Dolaşan söz-söhbətlərdə o da bildirilir ki, regional idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrə alınan mallar bazar qiymətindən bir neçə dəfə baha qiymətə sənədləşdirilir, yəqin ki, qiymət fərqi “pay-püşk” edilir. Malların alınması üçün keçirilən tenderlerdə “qalib çıxan” şirkətlər Əli Eybəylə qabaqcadan “centlmen sövdələşməsinə” gedən şəxslər olurlar. Görünən odur ki, hörmətli nazir Anar Kərimov bu şəxslə bağlı atdığı addım artıq suallar doğurmaqdadır. Diqqət yetirək ki, Əli Elbəy Ağstafa Regional Mədəniyyət İdarəsinə rəis olduğu vaxtdan indiyə kimi ucqar dağ kəndlərində “fəaliyyət göstərdiyi” bildirilən və bu idarənin tabeliyində olan bir çox kitabxanaların, muzeylərin və s. qapıları günlərlə açılmır. Mədəniyyət evlərində, klublarda çalışan işçilərin işə davamiyyətləri günün tələbinə cavab vermir. Bütün bunlar onu göstərir ki, nazir Anar Kərimovun bu kadrı heç də özünü doğrultmur, bir sözlə çoxsaylı “oşibkalar” buraxmaqda davam edir. Qısası, Ağstafa Regional Mədəniyyət İdarəsində köhnə hamam, köhnə tasdır, özü də dibi yırtılmış tas.

Mövzuya qayıdacağıq.

Nyus.Az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir