Yardımlı rayonunun tam mərkəzində qanunsuz tikinti işlərinə start verilib.
“Demokratik.Az”-a verilən məlumata görə Yardımlı şəhərinin mərkəzindəki Heydər Əliyev prospekti 122 ünvanında ticarət-iaşə obyekti tikilir. İcra başçısı Ayaz Əsgərovun şəxsən rəvac verdiyi, aidiyyatı məsul qurumların da susqunluqla qarşıladığı tikilinin qeyri-qanuni əsaslarla aparıldığı, tikintinin aparılması üçün heç bir zəruri zənədlərinin yerində olmadığı bildirilir.
Məlumata görə, tikintini aparan şəxs icra başçısının və digər dövlət qurumlarının gözü qarşısında aşkar özbaşınalıqla məşğuldur. Kimliyi redaksiyamıza məlum olmayan vətəndaşın apardığı tikili hazırda qüvvədə olan qanunverici aktlarının və ya qanunların tamamilə ziddinədir.
Bilgiyə görə, şəhər mərkəzində məhkəmə binasının düz qarşısında aparılan işlər hər gün ordan keçib-gələn icra başçısının və rayonun polislərinin və İHB-nin memarlıq şöbəsi əməkdaşlarının gözünün qarşısında cərəyan edir, hamı da nədənsə bunu görməzlikdən gəlirlər. Maraqlıdır, görəsən niyə ?
Yardımlı sakinləri qanunsuz tikilinin durdurulmasını, vəzifə öhdəliklərinə xor baxan icra başçısı Ayaz Əsgərovun və digər cavabdehlərin isə yuxarı instansiyalar tərəfindən cəzalandırılmasını istəyirlər. Şikayətçi rayon sakinləri qanunsuz tikinti işlərinə rəvac verən bütün halların aradan qaldırılmasında maraqlıdırlar.
Respublika şəhərsalma və arxitektura komitəsinin isə rayonlardakı bu kimi hallara şərait yaratmayacağına, əksinə sərt diqqət ayıracağına ümid edirik.
Qarşı tərəfin mövqeyinə sayğımızı ifadə edirik…