Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə genişmiqyaslı yürüş keçirilir.
Hərbi orkestrin müşayiəti ilə “Azneft” dairəsindən başlayan aksiyada onminlərlə insan iştirak edir.
Yürüş iştirakçıları əllərində Azərbaycanın şanlı bayrağını daşıyırlar. Yürüşü çiynində 470 metr uzunluğunda Azərbaycan dövlət bayrağı olan hərbçilər müşayiət edir.
Aksiya “Ağ şəhər” bulvarınada – Hərbi Qənimətlər Parkında yekunlaşacaq.