Cəmiyyət

Əli Həsənovun “JEK”lə əmlak alverini indi kim sürdürür? – ETİRAZ

Əli Həsənovun Prezident köməkçisi olanda vəzifəsindən sui-istifadə edərək Qarabağ qazilərinin əldə etmək istədikləri “İçərişəhər” metrosunun yanından Nərimanov heykəlinə qalxan “40 pilləkən kompleksi”nin başındakı zibilxananı saxta çıxarışla ələ keçirib MTRŞ -ya üzv təyin etdirdiyi dayısı oğlu Cəfərov Məmməd Hüseyn oğlunun adına “40 pillə” kafesinə çevirməsi korrupsiya faktına hələ də hüquq qiyməti verilməyib. Yəqin baş prokuror və yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinin müstəqil qərar qəbul etmək səlahiyyəti yoxdur. Prezidentin yanında əyləşib, dövlətin (və başçısının) ayağının altını qazımaq keçmiş köməkçiyə baha başa gəlib. Özünün bildirdiyinə görə, bütün əldə etdiklərini təhvil verib. Üzeyir bəyin tanınmış personajının sözü olmasın, bəs bizim qazilərin “40 pillə”si niyə qaytarılmır?

2005-ci ildən 2019-cu ilə kimi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olan Kərəm Həsənovun 2 ildir Prezident köməkçisi- dövlət nəzarəti şöbəsinin müdiri kimi vəzifəsindən xalqın xeyrinə istifadə etməsi görünmür. Bir neçə ay qabaq keçmiş köməkçisi Rafiq Cəlilovu Cəlilabad rayonuna icra başçısı təyin etdirən keçmiş “əmlak kralı”nın hələ də keçmiş borcunu ödəmədiyi, digər borclu Nizami RİH-in başçıları ilə cinayət ortaqlığına girərək, Xətai məhkəməsinin 26.05.2009 tarixli və 21.06.2011 tarixli iki qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı qeyri -yaşayış otaqlarını saxta şəhadətnamə ilə ələ keçirib satmalarına da 150 aydır hüquqi qiymət verilməsi təmin olunmur. Əvvəllər 25 saylı Nizami ll Dairə Seçki Komissiyasının yerləşdiyi sözügedən otaqların “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 30-cu maddəsinə əsasən istifadəsinə verilməsini diləyən qaziyə ƏMDK -nın sədr müavini Rafiq Cəlilov 18.03.2008 tarixli cavabla balanssaxlayıcı Nizami RİH-in razılıq məktubunu tələb edib. Nizami RİH razılıq məktubu vermədiyindən Nizami məhkəməsində cavabdeh Nizami RİH -in qanunun icrasına məcbur edilərək B. Nuriyev -10-dakı qeyri-yaşayış sahəsinin istifadəsinə ayrılmasını, razılıq məktubu verilməsini və dəyən maddi-mənəvi ziyanın ödənilməsini tələb edən iddiaçının ərizəsini hakim İradə Həsənzadə geri qaytarıb. Eyni iddiaya baxan Xətai məhkəməsinin hakimi Toğrul Əliyev öz təşəbbüsü ilə 2-ci cavabdeh qismində Nizami RİH MKTB -ni cəlb etməklə iddianı 26.05.2009 tarixli 2 (011)-451/09 saylı qətnamə ilə qismən təmin edərək ziyan hissəsində təmin etməyib. İki il keçməsinə baxmayaraq, qətnaməni icra etmək əvəzinə icraya mane olan borclular ƏMDK, Nizami RİH və Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinə qarşı “məsuliyyətin müəyyən edilməsi, icranın Bəhruz Nuriyev -10a ünvanına yönəldilməsi” barədə iddia qaldıran tələbkar Qarabağ qazisinin tələbi Xətai məhkəməsinin hakimi İlqar Əliyevin 21.06.2011 tarixli 2 (011)-855/11 saylı qətnaməsi ilə qismən təmin olunaraq prokurora xəbər verilməsi hissəsində təmin olunmayıb. Bu qətnamə 3 il tələbkardan gizlədilib və indi də “tapılandan” sonra 8-ci ildir icrasından imtina edilir. Əmlak dəllallarını bir qırağa qoyaq, bəs vəzifəsi və məhkəmə qərarı ilə qətnaməni icra etməyə borclu edilən Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin özbaşınalığına, icra sənədini gizlətmələrinə , vəzifələrini, borclarını icra etməkdən imtina etmələrinə nə ad vermək olar? Borcluların bir-birinə məktub , saxta şəhadətnamə verərək otaqların gah həmin ünvandakı Kapitalbankın, bank bunu yalanlayanda 14 yaşlı Aydın Bəxtiyar oğlu Hüseynovun “mülkiyyətində” olduğunu bildirən Ədliyyə Nazirliyinin icra baş idarəsi (?) icranı təmin etməyin mümkünsüz olduğunu on ildir bu saxta -doğru şəhadətnamə, məktub , çıxarışa əsasən vurğulamaqdan doymurlar. Elə indicə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov 05.11.2021 tarixli məktubla bildirib ki, məhkəmənin Qarabağ qazisinə verdiyi B. Nuriyev -10-dakı otaqlar Prezidentin 6 sentyabr 1997-ci il tarixli 629 saylı fərmanı ilə Nizami MKTB -nin razılığı ilə icarəyə verilib və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ll Dövlət Proqramı” ilə nəzərdə tutulmuş qaydada icarəçi tərəfindən özəlləşdirilmişdir . Nizami MKTB-nin (“JEK”-in) əmlaka sərəncam vermək hüququnun olmamasını,

icarə müqaviləsinin , çıxarış sənədinin tarixinin , nömrəsinin, icarəçinin adının gizlin saxlanılmasını, ƏMDK -nın sədr müavini Rafiq Cəlilovun, Rüstəm Şahbazovun 2008-ci ildə həmin otaqların boş olması barədə çoxsaylı məktublarını bir qırağa qoyaq, bəyəm İqtisadiyyat Nazirliyinin yanına verilən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov bilmir ki, HEÇ BİR MƏKTUB, SAXTA -DOĞRU ŞƏHADƏTNAMƏ, ÖZƏLLƏŞDİRMƏ SƏNƏDİ, ÇIXARIŞ DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARINDAN ÜSTÜN OLA BİLMƏZ? ! BƏS ƏDLİYYƏ NAZİRLİYİNİN İCRA BAŞ İDARƏSİNİN NECƏ, KONSTİTUSİYADAN, “İCRA HAQQINDA” QANUNDAN XƏBƏRLƏRİ YOXDUR? Yoxdursa, necə hüquq diplomu daşıyırlar, necə icraçılıq edirlər?

Prezident köməkçisi, dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov da bilmirsə ki, DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARININ İCRA OLUNMAMASI QANUNLA MÜƏYYƏN EDİLMİŞ QAYDADA MƏSULİYYƏTƏ SƏBƏB OLUR, vay bizim Konstitusiya hüququmuza!

Məğrur Bədəlsoy

P .S. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində 22.10.2021-ci ildə tələbkar Qarabağ qazisinin şikayəti alınıb çağırılacağı deyilsə də, hələ də -20 gündür idarə şikayətə baxılmasına PA-dan razılıq ala bilmir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir