Cəmiyyət

Sahil Babayevin DAHA BİR QURBANI… – NARAZILIQ!

Kürdəmir rayon, Qarabucaq kənd sakini İbiş Mehdiyev “Gözətçi”yə göndərdiyi şikayətdə əlillik pensiyasının ala bilməməsindən şikayətlənib. Onun sözlərinə görə, əlillik pensiyası 2021-ci ilin iyun ayından dayandırılıb.

Avtomobil qəzası nəticəsində İbiş Mehdiyev sağ gözünün görmə qabiliyyəti tamamilə itib, sol gözü isə 50 faiz görür. 1997-ci ildən İ. Mehdiyevə üçüncü qrup, 2007-ci ildən isə ikinci qrup əlillik təyin edilib.

“Bu ilin may ayından iyul ayına kmi Kürdəmir rayon Mərkəzi Xəstəxanasında yatmışam. Xəstəxanadan aldığım kağızı Tibbi-Sosial Ekspert Komissiyasına təqdim etmişəm. Ancaq imtina cavabı gəlib”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir