ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə əlaqədar narahatlığını bildirib.
O, bu barədə tvitterdə məlumat yayıb.
“Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlərlə bağlı Minsk Qrupu həmsədrləri dərin narahatlıq keçirir. Tərəfləri dərhal gərginliyi azaltmağa və həll edilməmiş problemlərin həlli üçün addımlar atmağa çağırırıq”, – deyə Linde bildirib.