Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı döyüşlərdə şəhid olan hərbçi, Şirvan şəhər sakini Əliyev Elçin Ramil oğlu Şirvan şəhidlər xiyabanında dəfn edilib.
Şəhidin cənazəsi Şirvan şəhərində yaşadığı evə gətirilib və onunla vida mərasimi keçirilib.
2002-ci ildə Şirvan şəhərində anadan olan Əliyev Elçin Ramil oğlu ilə vida mərasimi ictimaiyyət nümayəndələrinin, hərbiçilərin və yaxınlarının iştirakı ilə yaşadığı evdə baş tutub. Vida mərasimindən sonra şəhidin cənazəsi böyük izdihamla şəhidlər xiyabanına qədər müşayiət olunub. Şirvan Şəhidlər xiyabanında şəhər ictimaiyyətinin, hərbiçilərin müşayiəti ilə dəfn edilib.
Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 hərbi qulluqçumuz yaralanıb.