Manşet

Gəncənin məktəblərində niyə istilik yoxdur? – UŞAQLARA SOYUQDUR…

Gəncənin bir sıra məktəblərində siniflərin hələ də istiliklə təmin olunmaması şagird və müəllimlərin haqlı narazılığına səbəb olub.C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbindən “Demokratik.Az”-a verilən məlumatda da bildirilir ki, istilik problemi uşaqların sağlamlığına və dərsə davamiyyətə mənfi təsir göstərir.

Adının çəkilməsini istəməyən valideyinlərin bildirdiyinə görə, məktəb direktoru qazanxana sisteminin ayın sonunda işə düşəcəyini bildirərək siniflərdə elektrik plitələrindən minimum istifadəyə şərait yaradıb. Bu da məktəbdə elektrik enerjisində ağırlaşmaya səbəb olub, hər an baş verə biləcək qısaqapanma kimi təhlükə mənbəyinə çevrilib.

Şəhər üzrə əksər məktəblərdə anoloji halın hökm sürdüyü bildirilir.
Məsələ ilə əlaqədar Gəncə Təhsil İdarəsindən zənglərimizə cavab verən tapılmadı…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir