Cəmiyyət

Onun da səs-sədası uzaq ellərdən gəlir… – İLGİNC İDDİALAR…

Dünyada ən dəhşətli problem rəssamı “malyar”, “malyarı” isə rəssam yerinə işlətməkdir.
Bunu nə üçün yazdığımızı birazdan Hüseynqulu Bağırovun timsalında biləcəksiniz.
Deməli, bu yaxınlarda saytlarda “Sabiq ekologiya naziri Hüseynqulu Bağırov haradadır ?” başlıqlı yazıya rast gəldim.
Hüseynqulu Bağırov harada olacaq ?
Əlbəttə, dövlətdən oğurladığı milyonları öz şəxsi biznesi üçün xərcləməkdə.
Təsəvvür edirsiniz, dünyanın heç bir yerində tarix müəllimini ticarət naziri qoymaq məsələsi olmayıb.
Axı, tarix elmi hara, ticarət naziri hara ?
Bəli, Hüseynqulu Bağırov 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin ( indiki BDU ) tarix fakültəsini bitirib.
Guya 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub.
Hansı elmi fəaliyyətlə ?
Elmin hansı sahəsində tədqiqat işləri aparıb ?
Elmi işinin adı nə olub ?
Bütün bunlar barədə eks nazirin tərcümeyi-halında bircə cümlə də yoxdur.
Sonra Nyu-York şəhərində kollecdə dil kurslarını bitirib. Lap tutaq ki, Hüseynqulu Bağırov dil kurslarını bitirib, 5-6 əcnəbi dil öyrənib. Axı, bunlar bir dövlətdə ticarət naziri olmaq üçün əsas deyil.
Bu gün Azərbaycanda 7-8 dil bilən poliqlot ( yəni çox dil bilən ) gənclər var, onları nazir qoymaq lazımdır ?
Bəli, cənab Hüseynqulu Bağırov 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Ticarət Naziri vəzifəsində işləyib. Cəmi 1-cə il. Bu adam 1 ildə nə edə bildi ki, 1 ildən sonra, yəni 2001-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri oldu.
Lənət şeytana. Tarix müəllimi, sonra ticarət naziri və 1 il sonra ekologiya naziri.
Ticarət naziri məsələsini qoyaq bir kənara. Ekoloji problemlər hazırda dünyada ən ciddi problem hesab olunur, iqlim dəyişikliyi dünyanın qarşısında 1 nömrəli problem kimi dayanıb.
Tarix müəllimi Hüseynuqlu nə bilir ki, ekologiya nədir?
Və beləcə Hüseynqulu Bağırov düz 18 il müstəqil Azərbaycan dövlətinin ekologiya naziri oldu.
18 il Azərbaycan meşələrinə, göllərinə, təbiət qoruqlarına, dağlarına Hüseynqulu Bağırov elə bir zərbə vurdu ki, bunu bərpa etməyə 100 il vaxt lazım olacaq.
Təsəvvür edirsiniz 18 ildə yüz minlərlə ağaclar kəsilərək mebel sexlərinə daşındı, çayların yataqlarındakı qum-çınqıl şəhərlərə daşınaraq satıldı.
Daş karxanaları dağları, təpələri viran qoydu.
Və əvəzində Hüseynqulu Bağırov milyonlara sahib oldu.
Azərbaycanda və qardaş Türkiyədə Hüseynqulu Bağırovun və oğlu Lətifin otellərinin sayı artdı.
Lətif Bağırovun beton zavodu, Bakıda oteli, avtomobil kolleksiyası, uzaq Latviyada biznesi və daha nələri.
Özünü Allah qoymasa ziyalı-professor kimi göstərən, haqqında tənqid yazan medanı məhkəmə ilə hədələyən Hüseynqulu Bağırovun ailə üzvlərinin Böyük Britaniya, Almaniya, Avstriya, Kipr, Çexiya, Türkiyə və Latviyada da iri biznesləri var. Bu barədə hətta iqtidaryönlü media da rəsmi sənədlər əsasında məlumatlar yayıb.
Hətta sabiq nazirin qızı Sevinc Bağırovanın Londonda, Parisdəki mülkləri də ortaya çıxıb.
Çexiyada təsis edilən şirkətin hissələri isə Lətif Bağırova 10 %, Aliya Nuriyevaya 10 % , Sevinc Bağırovaya 10%, Duriya Nuriyevaya 35 % və Liana Bağırovaya 35 % olmaqla tam bir ailə şirkəti olub.
Kimdir bunlar?
Hüseynqulu Bağırovun oğlu, qızı, həyat yoldaşı, bacısı və bacısı qızı.
Bəli, Hüseynqulu Bağırov dövlətdən oğurladığı milyonlar hesabına Çexiyada ailə biznesi qurub.
Bu siyahını sonsuza qədər uzatmaq olar. Amma ehtiyac görmürük.
Təkcə bir məsələni qeyd edək ki, Hüseynqulu Bağırovun icazəsi əsasında qanunsuz balıq ovlayan brakonyerlər min tonlarla balıq ovlayıb, nə qədər qanunsuz kürü satıblar. Və hamısı da ekonazirlə şərik olublar.
Lətifin bibisi qızı ilə “işbirliyi” isə əsl rüsvayçılıqdır.
Bunu Lətifin otelində çalışan bütün əməkdaşlar bilir.
Sonda onu da qeyd edək ki, əgər az-çox normal istintaq prosesi olsaydı, alpnistlərin ölümünə görə, cənab Sonqulu çoxdan içəridə idi.
Bəli, Sonqulu…
Görün sabiq nazirin xalası oğlu Azər nə deyir:
“Uşaqlıqdan bir yerdə olmuşuq. Onun adı əslində Sonqulu idi, sonralar dəyişib Hüseynqulu yazdırdı. Və Hüseynqulu ekologiya naziri olanda mənim Bakı Dövlət Sirkindən bir az aşağıda, “Təzə bazar”ın yaxınlığında çoxillik ağaclardan ibarət parkda çayxanam var idi. Bir gün Sonqulu dedi ki, gəl şərik olaq, bu parkın yerində otel tikdirək. Mən təəcübləndim, dedim bəs ağaclar necə olacaq? Dedi sənlik deyil, onu mən həll edəcəm. Doğrudan da bir gecənin içində parkdakı 80-dən artıq çoxillik ağacı kəsdirdi, yox elədi. Başladı otel tikməyə..”
Ay Hüseynqulu müəllim, sən ancaq Əli Həsənovun dostusan, elə bilirsənki bilmirlər ki, Əli Həsənovun vasitəsilə neçə-neçə jurnalist həbs etdirmisən? Ona görə də sənin varını, yoxunu, şəcərəni, hər şeyini səhər yuxudan duran kimi salamlayırlar. Bu gündən etibarən sənin də xoş günlərin başlayır.
Həə, burda deyirlər SÖZÜN BİTDİYİ YER….
P.S Bəli, indi tapdıq Hüseynqulu Bağırovun bir zamanlar Azərsu tərəfindən suyu dibindən kəsilən oteli bu imiş.
 //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir