Baku TV Yevlaxda yerləşən “Qaraçılar məhəlləsi”ndən reportaj hazırlayıb.
Məhəllədə yaşayan uşaqlar məktəbə getmədiklərini, zibillikdən enerji içkisi qabları toplayaraq satdıqlarını deyir.
Şəraitsiz vəziyyətdə yaşayan ailələr maddi durumlarının qənaətbəxş olmadığını, payız-qış aylarında daha çox əziyyət çəkdiklərini qeyd edir.
Adət-ənənələrindən danışan qaraçı qadınlarının sözlərinə görə, onların örpək bağlaması, həyat yoldaşına yaxşı baxması əsas hesab olunur.