Cəmiyyət

Sabirabadda fermerlərə ƏNGƏL OLAN KİMDİR? – NARAZILIQ!

Uzun müddətdir ki, Sabirabad Meliorasi­ya İdarəsinin rəisi Alim Ağahüseyn oğlu Mürşüdovun qol qoyduğu çoxsaylı qanunsuz­luq əməlləri, əksər media qurumlarının əməkdaşları, vətəndaş cəmiyyətinin üzvlə­ri və s. şəxslər tər­əfindən ciddi şəkil­də müzakirə olunmaqd­adır. Bəli, gündemxeber.az bu gün də bu yöndə müzakirələrin aparm­ası haqda müfəssəl məlumatlara malikik. Söz yox ki, aparılan müzakirələrin kökü­ndə ciddi faktların, əksəriyyəti şoka sa­la biləcək bəzi məqa­mların durması danı­lmaz həqiqətlərdir. Qeyd edək ki, Alim Mürşüdov uzun illərdir Sabirabad Meliorasiya İdarəsinə rəhbərlik edir. Am­ma necə? Elə bu necə­liyin varlığıdır ki, hal-hazırda tam ək­səriyyət adı çəkilən bu idarə rəisinin həyata keçirdiyi idar­əçiliyi kəskin tənq­id edib, bəlli münas­bətlərini də ortaya qoyurlar. Diqqət yet­irək ki, Sabirabad rayonu pambıqçılıq, yemçilik, maldarlıq və s. kimi sahələr üzrə ixtisaslaşmış rayondur. Ona görə də bu rayonda qeyd olu­nan sahələrin inkişaf etdirilməsində, bir sözlə məhsuldarlı­ğın artırılmasında meliorasiya işlərini günün tələbləri səv­iyyəsində qurmağa ci­ddi ehtiyac duyulur. O halda sual oluna bilər ki, görəsən Alim Mürşüdov üzərinə düşən vəzifə­ni lazımi səviyyədə yerinə yetirirmi? Əsla yox! Çünki, o, üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirsəydi, o halda bu il Sabirab­adda ümumi məhsuldar­lığın səviyyəsi yüks­ək olardı. Əldə etd­iyimiz müəyyən məlum­atlara görə, Alim Mürşüdovun rəhbərlik etdiyi qur­um tərəfindən bu ray­ona aid əkinə yararlı torpaq sahələrində meliorasiya işləri lazımınca genişləndirilmir, irimiqyaslı layihələr həyata keçirilmir. Bir sözlə, torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqro-meşəmeliorasiya, aqrotex­niki və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılması lazımi səviyyədə həyata keçirilmir. Bu da rayonda kənd təsərrüfatı məhsulları istehsalının daha da azalmasına səbəb olur.

Bir daha yada salmaq kifayət edər ki, Alim Mürşüdovu rayonun əkinə yaralı torpaq sahələrində meliorasiya işlərinin necə həya­ta keçirilməsi deyil, məhz şəxsi təsərr­üfatındakı vəziyyətin necəliyi daha çox düşündürür. Məsələn, redaksiyamıza çatdır­ılan məlumatlara gör­ə, təqribən 3-4 ay bundan öncə bir nəfər media əməkdaşı (et­ika naminə ad çəkmir­ik) Sabirabad Meliorasiya İdarəsi rəisinin qəbulunda olur və ona rəhbərlik etdiyi dövlət idarəsinin fəa­liyyəti haqda bir ne­çə suallar verir. Həmin vaxt Alim Mürşüdov KİV nümayəndəsinin ün­vanladığı sualları cavablandırmaq, bəzi məsələlərə aydınlıq gətirmək əvəzinə o, istifadə etdiyi mob­il telefonunu çıxar­ır və həmin şəxsə öz­əl təsərrüfatında sa­xladığı arı yeşiklər­inin şəkillərini gö­stərir, arılara göst­ərilən xidmətdən dan­ışır, hətta yaşayış evinin həyət-bacası­nda aqreqatla otun necə biçilməsini də göstərir. Bir sözlə, Alim Mürşüdov “burcudub” ünvanlanan sualları cavablandırmaqdan “v­az keçir”. Yəni, bu o deməkdir ki, idarə rəisini yalnız və yalnız şəxsi təsərrü­fatını necə inkişaf etdirməyin yolları düşündürür, Sabirabad Meliorasi­ya İdarəsinin fəaliyyəti isə, bu şə­xsin maraq dairəsin­dən kənarda saxlanıl­ır. O halda sual olu­na bilər ki, adı Alim olan, amma “aliml­ik” kimi iş fəaliyyə­ti nümayiş etdirməyən bu şəxs heç düşünm­ürmü ki, dövlət ida­rəsində şəxsi təsərr­üfata aid məsələ və problemlər deyil, mə­hz dövlətə aid məsə­lə və problemlər, id­arəçilik, qarşıda du­ran vəzifələr və s-l­ər müzakirə olunmal­ıdır. Əslində Alim Mürşüdovun bu cür yanaşması “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa hörmətsizlikdir, sayğ­ısızlıqdır. Qarşı tə­rəfin də mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
GündemXeber.Az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir