Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin sakinləri 1A və 1B nömrəli binalara qaz verilmədiyini bildirirlər. Sakinlərin sözlərinə görə, sözügedən binaların komendantı onlara bildirib ki, şirkət tərəfindən bütün sənədlər “Azəriqaz”a təqdim edilib, lakin qazın verilişi hələ də təmin olunmayıb.
Məsələ ilə bağlı “Azəriqaz”-dan Yeniavaz.com-a bildirildi ki, şirkət yaşayış binalarının istismara qəbul edilmək üçün tələb olunan sənədlərini təqdim etməyib:
“Biz uzun müddətdir ki, onların sənədlərini gözləyirik. Onlar vətəndaşlara deyirlər ki, hər şey qaydasındadır. Biz vətəndaşlara izah etmişik. Sözügedən binaların istismara qəbul edilmək üçün sənədləri təqdim olunmayıb. Bu səbəbdən “Azəriqaz” hər hansı reaksiya verə bilmir”.
AAAF Park yaşayış kompleskindən isə saytımıza bildirildi ki, ümumi kompleksin qazla təmin edilməsi üçün “Azəriqaz”a yazılı müraciət olunub, və sənədlər göndərilib:
“Binalar stereotiplərə uyğun olaraq mərhələli şəkildə qazlaşdırılacaq”.
Yeniavaz.com