Cəmiyyət

Bu məşhur hakimlər yola salınır – BARƏLƏRİNDƏ XÜSUSİ QƏRARDAD ÇIXARILDI

Bakı Apellyasiya Məhkəməsinin üç məşhur hakimi – Habil Məmmədov, İlqar Murquzov və Həsən Əhmədov yola salınır.

Qeyd edək ki, adıçəkilən şəxslər hakim korpusunun ən ədalətsiz hakimləri kimi tanınır.

Dunyaninsesi.Az-ın əldə etdiyi xəbərə görə, bu günlərdə Ali Məhkəmə hər üç hakimlə bağlı xüsusi qəradad çıxararaq, Məhkəmə- Hüquq Şurasına yollayıb.

Onu da bildirək ki, bu, Ali Məhkəmənin adıçəkilən şəxslərlə bağlı ikinci qəradadır.

Məlumata görə, Məhkəmə- Hüquq Şurası hər üç hakimlə bağlı iltizam icraatı başladıb.

Qanunvericiliyin tələbinə görə, barələrində iltizam icratı başladılan hakimlər məhkəmə orqanlarından uzaqlaşdırılmalıdır.

Yəqin ki, Azərbaycanın məhkəmə sisteminin üzqarası olan bu adamlar layiq olduqları cəzanı da alacaq.

Saytımızın araşdırmasına görə, hakim Habil Məmmədovun çıxardığı əksər hökmlərin qanunvericiliyə zidd olması barədə çoxsaylı faktlar üzə çıxıb.

Bu faktların sayı o qədər çox olub ki, Prezident Administrasiyası da daxil olan şikayətlərlə bağlı Ədliyyə Nazirliyini də bilgiləndirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir