İcra başçısı Ziyəddin Əliyev Qubanın Qəçrəş yolunda 38 sotdan ibarət 4 torpaq sahəsini birləşdirib oğlu Rəşad Əlibəyli üçün 660 kvadrat metrlik balaca bir koma (yaşayış evi və qış evi) tikdirib.
Bizimxeber.az bildirir ki, bu barədə tanınmış jurnalist Cavanşir Həsənli özünün “Facebook” səhifəsində yazıb. C.Həsənli yazıb ki, sənəddə yanlış olaraq tikinti obyektinin yerləşdiyi ünvan Qəbələ kimi qeyd olunub.