Cəmiyyət

Osman Nərimanoğlu: “Ramiz Mehdiyev AMEA-nı dağıdır, ermənilərə aid və digər kitablar yoxa çıxıb”

Demokratik.Az saytının rəhbəri, jurnalist Osman Nərimanoğlu bir neçə gün öncə “Kanal13” vasitəsilə ictimaiyyətə müraciət edib.

Demokratik.Az xatırladır ki, jurnalist qısa açıqlamasında AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin yarıtmaz əməlləri barədə məlumatlar verib, eləcə də birinci tərəfindən “xüsusi ittiham” qaydasında məhkəməyə verilməsinə aydınlıq gətirib.

Jurnalistin açıqlamasında mühüm nüans diqqət çəkib. Nərimanoğlu qeyd edib ki, Ramiz Mehdiyev AMEA-ya rəhbər gəlişindən sonra AMEA-nın Mərkəzi Kitabxanasında olan tonlarla kitab nümunələri “yoxa çıxıb”. Qeyb olan kitablar sırasında 200-ə yaxın adda antik sayılacaq ədəbiyyat nümunələri və ermənilərin barəsində statistik məlumatlar toplusu da var.

Bildirilir ki, hazırda Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində sözügedən hal üzrə cinayət işi açılıb. Cinayət işinin detalları ötən ilin noyabrından hüquq mühafizə orqanının nəzarətindədir.

/Videomaterial bir neçə gün əvvəl “kanal13” internet televiziyasında yayımlanıb… Orijinal – istinad linki – https://www.youtube.com/watch?v=MgfYQ…

Demokratik.Az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir