Əmrullayevin diqqəti üçün daha bir fakt: Göygöldə pul yığırlar… – Təhsildə yeni yığım bəhanəsi: Pərdəpulu…
Göygöl rayonu (şəhər) Səməd Vurğun adına 3 saylı tam orta məktəbində növbəti biabırçılıq baş qaldırıb. Məktəbin bir sıra siniflərində süni şəkildə pərdə və digər inventar çatışmazlığı ortaya çıxıb. Valideyinlər övladlarının normal mühitdə təhsillərini davam etdirsinlər deyə, müxtəlif məbləğlərdə pultoplama aksiyası edərək məktəbdəki əyrintiləri və çatışmazlıqları aradan qaldırmağa çalışırlar.
“Demokratik.Az”-ın əldə etdiyi məlumatlara görə, hazırda Göygöl Rayon Təhsil Şöbəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Semur Əsgərov da məsələdən halidir. Lakin, Məmmədov mövcud problemin həlli istiqamətində heç bir addım atmır, əksinə, “yolavermə” və özfəaliyyətlə məşğul olur.
Sözügedən məktəbin 5-B sinif şagirdlərinin valideyinləri ilə aralarında olan SƏSYAZILAR da durumun acınacaqlı olduğunu, sinif otaqlarının pərdələlərinin, stolüstü örtüklərin nədənsə olmadığını aydın göstərir. Valideyinlər uşaqlarının günəş işığından narahat olduğunu da dilə gətirirlər.
Maraqlıdır – görəsən məktəbin pəncərələrinin pərdələri niyə yoxdur ki, sinif rəhbərləri və valideyinlər hər il bu ad altında 5-10 manatdan pul yığırlar, siniflər dəyişdikcə də hər sinif rəhbəri pərdəni söküb özü ilə aparır? Güldərən adlı sinif rəhbərinin timsalında isə, valideyinlərin biabırçı və tipik rüşvətə yol açan hərəkətlərinə məhz məktəb müəllimləri tərəfindən dəstək verilməsi, valideyinlərin sinfə inventar almalarına təşviq edilməsi bağışlanacaq hal deyil.
Əlavə məlumat üçün bildirək ki, cari tədris ilində sözügedən məktəbdəki özbaşınalıqlar barədə rayon TŞ-yə və polis şöbəsinə bir sıra müraciətlər daxil olub. Məktəbdə idarəolunmaz vəziyyət hökm sürür.
Sabaha məktəbdə valideyin iclası çağırılıb.
İnanırıq ki, təhsil nazirliyi tərəfindən biabırçılığa bir aydınlıq gətiriləcək.
Dediyimizi əks etdirən maraqlı SƏSYAZIları təqdim edirik! //demokratik.az//