Cəmiyyət

Cəlilabadda YAŞIL TERRORU kim durduracaq? – VİDEOFAKT

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə dolaylarında meşələr direktor Adım Ismiyev və əl altıları tərəfindən kütləvi “soyqırıma” məruz qalır və bu barədə biz kifayət qədər xəbər portallarımızda məlumat vermişdik. Amma çox təəssüflər olsun ki, Ekologiya Nazirliyi tərəfindən nə hər hansı bir açıqlama verə bilmişdilər, nə də bir tədbir görülmüşdür. Zirveuolu.info xəbər verir ki, azinfo.tv saytı bu barədə məılumat yayıb.
Redaksiyamıza Cəlilabad rayon Ağdaş kənd sakini Nəhmətov Əli Əhməd oğlu bir video müraciətlə şikayət ünvanlayıb.
Onun dediyinə görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev öz tələbə yoldaşı olan ETS-nin müavini Vüqar Kərimovun göstərişilə, həm də ona arxayın olaraq bizim Cəlilabad meşələrində “soyqırım” işi həyata keçirdir və özü də bu işi çox arxayıncasına edir.
Göytəpə meşəbəyliyinin 11 saylı dolayında ağaclar kütləvi olaraq kəsilib. Tək 11 saylı dolay yox, digər meşəbəylik və doıaylarda da vəziyyət ürəy açan deil. Bu gün bizim kəndin qazı və işığı olduğu halda görəsən, kəndimizin yanında kı, bu dolayın ağacları kəsilib hara daşınır?!
Bütün bu qırıntılar 1 saylı Regional Ekologiya İdarəsinin işçilərinin razılığı ilə baş verir.
Meşə sahəsinə aid olmayan şəxsləri (qeyri-meşəçilıri) gətirib bu sahəyə qoyublar vəzifə başına.
Vətəndaş Ölkə başçısından xahiş edir, kömək istəyir : “Ancaq bizə Siz kömək edə bilərsiniz, cənab Prezident”.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir