Vətən Müharibəsi iştirakçısı, Bərdə rayon Yenidaşkənd kənd sakini Qayıbov İnqilab Ələsgər oğlu çoxsaylı müraciətlərinə baxmayaraq ona əlillik dərəcəsinin təyin olunmadığını deyir.
Zirveyolu.az-ın məlumatına görə, məsələ ilə əlaqədar Yeniavaz.com-a müraciət edən qazi bildirir ki, hazırda Tərtər rayonunda yaşayır.
Q. İnqilab qeyd edir ki, 2016 cı ildən N saylı motoatıcı briqadanın kəşfiyyat bölüyündə müddətdən artıq hərbi qulluqçu olaraq kəşfiyyatçı-snayper vəzifəsində xidmət edib. 09.27.2020-ci ildə Vətən Müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlər zamanı 481 yüksəkliyində ağır yaralanıb.
“Vətən Müharibsəndən 1 il ötməsinə baxmayaraq maaşım kəsilib, işsizəm, maddi durumum aşağıdır. Tək istəyim mənə düşən əlillik qrupu ilə təmin olunmağımdır”.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Qurumdan məsələnin araşdırılacağı və məlumat veriləcəyi bildirildi.