Cəmiyyət

ADAU-da yenə də gizli işlər çevrilir… – İDDİA

“ADAU-da aparıcı vəzifələri qəsb etmiş məlum bir qrup şəxs əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək qanuna zidd əməllərlə məşğuldur. Bu şəxslər aqrar mütəxəssis hazırlığında elmi potensiala gerilikçi davranışları ilə maliyyə və inzibati maxinasiyalara qorxmadan imza atırlar”. DİA.AZ bildirir ki, bu barədə ADAU-nun Aqromühəndislik fakültəsinin bir qrup müəllimi adından ölkə başçısına edilən müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: “Hal-hazırda «Aqromühəndislik» fakültəsində dekan seçkiləri keçirilir.

Biz burada iştirak edən namizədlərdən biri haqqında məlumat vermək istəyirik. Dekan seçilmək üçün iddiaçılardan biri Nemət Hacıyevdir. Nemət Hacıyev 1990-cı ildə Azərbaycan Texnologiya Universitetini bitirmişdir. 1992-ci ildən ADAU-da hərbi kafedrada müəllim işləyir. Nemət Hacıyev hal-hazırda Mülki müdafiə fənnini tədris edir. Göründüyü kimi bu şəxsin qurtardığı ali məktəbin, nə də işlədiyi kafedranın aqrar sahə ilə, aqromühəndislik ixtisası ilə əlaqəsi yoxdur.

Nemət Hacıyev Milli Şuranın üzvü, dövlətçiliyimizin əleyhinə olan, qatı müxalifətçi Sevinc Osmanqızı kimi eyni əqidədə olan Gültəkin Hacıbəylinin döğmaca əmisi oğludur. ADAU-nun keçmiş rektoru Mirdamət Sadıqov Nemət Hacıyevi elə həmin Gültəkin Hacıyevanın xahişi ilə işə qəbul etmişdi.

İndi isə Nemət Hacıyev dekan seçilmək üçün öz yerlisi, universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmova 20000 manat rüşvət vermişdir. ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov və Tədris hissəsinin müdiri Elay Zeynallı Nemət Hacıyevlə iş birliyinə girərək ona hərtərəfli dəstək verirlər. ADAU-nun tədris şöbəsinin müdiri Elay Zeynallının özünün elmi işi belə plagiatdır. Cəmi 25 yaşı olan bu şəxs öz elmi işini UNEC-in 2017-ci ildə məzunu olmuş Məmmədzadə Elvin Rasim oğlunun magistr işindən köçürərək plagiatlıq

etmişdir. Elə buna görə də Ali Attestasiya Komissiyası tərəfindən onun elmi iş təsdiq olunmur. Amma rektor onu hər yerdə müdafiə edir.

Anar Hətəmova verilən rüşvətin və Elay Zeynallının verdiyi dəstəyə görə rektor İbrahim Cəfərov hər vəchlə Nemət Hacıyevi dekan seçmək istəyir. Amma tədbirlərdə, sosial şəbəkələrdə İbrahim Cəfərov pafosla dövlətçilikdən, cənab Prezidentimizə sədaqətdən danışır. Azərbaycan xalqının qatı düşməni, «kaş Prezidentimiz Paşinyan olaydı» deyən Sevinc Osmanqızının verilişlərində ona dəstək verən Gültəkin Hacıyevanın əmisi oğlu Nemət Hacıyevi dekan seçməklə İbrahim Cəfərovun bu çıxışları tam ziddiyyət təşkil edir.

Cənab Prezident, xahiş edirik bu barədə bir tədbir görəsiniz”.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

DİA.AZ

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir