Dünya Manşet

Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə hazırdır

“Rusiyanın Ukrayna ilə NATO arasındakı gərginliyinin ən qısa zamanda sülh yolu ilə, danışıqlar vasitəsilə həll edilməsini istəyirik. Bu istiqamətdə Türkiyə üzərinə düşən vəzifəni icra etməyə, hər şəkildə dəstək göstərməyə hazırdır”.

Zirveyolu.info “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. Qara dəniz bölgəsində baş verən son hadisələrə toxunan Türkiyə milli müdafiə naziri sakitliyin hökm sürməsi üçün çalışdıqlarını vurğulayıb:

“İndiyə qədər razılaşdığımız müqavilələr və müvafiq qaydalar çərçivəsində Qara dənizdəki fəaliyyətlərin heç bir şəkildə gərginlik yaratmamasına, baş verənlərin böyüməməsinə çalışırıq. Bununla bağlı bütün tərəflərə mövqeyimizi bildirirəm”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir