AMEA-nın prezidenti Ramiz Mehdiyevin təkidilə elm ocağının baş hüquqşünası Kamal Əliyevin jurnalist Osman Nərimanoğluna qarşı “xüsusi ittiham qaydasında” qaldırdığı şikayəti rədd edilib. Bugün saat 11:00-da Göygöl rayon Məhkəməsində baş tutan işi üzrə ilkin prosesdə hakim Əyyub Kərimov müvafiq qərarı elan edib, əsassız şikayət icraata qəbul edilməyib.
Demokratik.Az-a bu barədə danışan Nərimanoğlu bildirib: “Dəyərli dostlar! Həftənin ilk gününə uğurla başladım. Həm evində, həm şüurunda, eləcə də bütün karyerası boyunca müşahidə edilən antimilli əməllərində erməni sevgisi gəzdirən “boz kardinal” Ramiz Mehdiyevin mənə qarşı haqsız hücumuna qalib gəldim. Göygöl məhkəməsinin hakimi Əyyub Kərimovun qərarı ilə AMEA-nın səbatsız prezidenti Ramiz Mehdiyevin diqtəsilə hüquqşünas Kamal Əliyevin barəmdə tərtib etdiyi absurd “xüsusi ittiham” icraata alınmadan rədd edildi. Bu hal ölkədə məhkəmə sistemində ədalətin tamamilə olmadığını söyləyənlər üçün, elə özüm üçün növbəti xoş nümunədir. Allah ölkəmizi və prezidentimizi qorusun, “5-ci kolon”un təmsilçilərinin başına daş salsın. Biz cəmiyyət olaraq ölkənin əsas elm məbədini (AMEA-nı-red) Mehdiyevin inhisarından, təcavüzündən azad etmək üçün səylərimizi davam etdirməliyik. Bu haqq yolunda mənə informasiya dəstəyi göstərən hər kəsə, xüsusilə də “turan” informasiya agentliyinə və “kanal13″ televiziyasına təşəkkürümü bildirirəm.”
Jurnalist onu da qeyd edib ki, məhkəmədə hakim qarşısında duran Kamal Əliyev kövrəlib, özünü öz “xüsusi ittiham”ının qarşısında aciz aparıb. İddialarını heç cür əsasıandıra bilməyib.
Xatırladaq ki, demokratik.az saytının 16 noyabr 2021-ci il tarixli sayında Ramiz Mehdiyev AMEA-nın hüquq şöbəsini görün kimə tapşırıb – “Tərtər işi” boz kardinala da uzanır? başlıqlı xəbər yayımlayıb. Həmin xəbərdə 2017-ci ildə hərbçilərimizə qarşı işgəncələrlə müşahidə olunan məlum “Tərtər işi”nə eyham edilir, müzakirələrdə adı hallanan hərbi hakim Kamal Əliyevin hansı əsaslarla Ramiz Mehdiyev tərəfindən AMEA-da “hüquq şöbəsinin müdiri” təyin edilməsi sual edilir. Ramiz Mehdiyevin fəaliyyəti boyunca rusmeyilli kadr olduğuna işarə edilir.
Sözügedən mülahizə və faktlardan dözməyən qarşı tərəf yazılanları böhtan hesab edərək jurnalisti xüsusi ittihamla Yasamal Məhkəməsinə vermişdi. Lakin, 23 noyabr tarixli məhkəmə baxışında məhkəmə “Xüsusi ittiham”ı aidiyyatı üzrə Göygöl Məhkəməsinə verməyi tövsiyə etmişdi. Bu müddət ərzində Ramiz Mehdiyev AMEA-nın adında süni təyziq elementi kimi “xüsusi ittiham”ı jurnalistin evinə belə göndərərək özünü biabır etmişdi…
Demokratik.Az