Cəmiyyət

Anar Məmmədovun Ukraynadakı biznesi – FOTO

Ukraynanın Dnepr şəhərinin mərkəzində, Şmidt küçəsi 15-də “Bakı” adında möhtəşəm görünüşlü bina tikilib. Yaşayış kompleksi 21 mərtəbədən, 301 mənzildən ibarətdir. Kompleksin tikintisi K.A.S. LTD tərəfindən həyata keçirilib. K.A.S. LTD Azərbaycan, Ukrayna, Türkiyə, Gürcüstan və Monakoda inşaat sektorunda fəaliyyət göstərir. Ukraynanın şirkət və müəssisələrin vahid reyestr xidmətinin məlumatına görə şirkətin nizamnaməyə kapitalının 30 faizi Milli Məclisin gənc deputatlarından olan Məmmədov Anar İlyaz oğluna məxsusdur.

Zirveyolu.info-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

“Yəqin ki, xatırlayırsınız, ötən ay adı kirayədə qalan deputatlar siyahısında çıxmışdı. Xalqımız ürəyiyuxa xalqdır, yəqin ki, onun “kvartirant” qalmasına biganə olmayacaqdı, amma yaxşı ki, özü bu xəbəri təkzib etdi. 2005-ci ildə qeydiyyatdan keçmiş şirkətdə Anar Məmmədovun benefisiar olaraq yatırım payı 6 milyon qrivnadır, qalan 70 faiz deputatın qayınatası Qulam Ələkbərovun yaxın adamına məxsusdur. Ukraynada Anar Məmmədovun ailə üzvlərinin adına daha bir neçə şirkət fəaliyyət göstərir. Anar Məmmədov ötən il YAP-ın namizədi olaraq 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat mandatı əldə edib” – C.Həsənli qeyd edib.






Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir