Cəmiyyət

Nazir elə deyəndə vəziyyət BELƏ OLUR… – İTTİHAM

Təhsil sahəsində hökmranlıq edən problemlərin ardı-arası səngimək bilmir. Məktəb direktorlarının qanunsuz əməlləri və yaramaz fəaliyyəti valideynləri zinhara gətirib. Artıq işdən çıxarılma və başqa yerdə iş fəaliyyətinə maneə yaradılma hədə-qorxusu ilə bəzi arxa-dayaqlı direktorlar tərəfindən susmağa məcbur edilən müəllimlər belə bezginlik hissi ilə alışıb-yanır.

Ulu öndər Heydər Əliyevin təbirincə desək: “Təhsil millətin gələcəyidir…”

Həqiqətən də, millətin, dövlətin gələcəyi korrupsioner, qayda-qanunlara hörmət etməyən bəzi məktəb direktorları üçün bir miqdar pul qədər önəmli deyil?

***
Keçək əsas mətləbə… Hər halda, bizim heç kimlə şəxsi ədavətimiz yoxdur! Sözümüzün canı var…
Zirveyolu.info ın məlumatına görə, Ağdam rayonu, 38 saylı tam orta məktəbdə uzun müddətdir pedoqoji fəaliyyət göstərən Zeynalova Ləman KAİM.az-a müraciət edərək bildirib ki, 2019-cu ildə həmin məktəbə direktor təyin olunan Məsud Həmzəyev xoşagəlməz əməllərlə məşğuldur.

Məlumata əsasən, Ləman Zeynalova müəyyən səbəblərdən məktəbə gedə bilmədiyi günlərdə dərs jurnalı onun adından yazılıb və imzalanıb. Üstəlik, əmək haqqı da alınıb. Bunlar azmış kimi məktəb direktoru müəllimdən etdiyi qanunsuzluğa görə pul tələb etməkdən belə çəkinməyib. Çarəsiz vəziyyətdə qalan Ləman Zeynalova direktora istədiyi məbləği verməyə məcbur edilib.

Mütəmadi olaraq müəllimdən müəyyən miqdarda pul tələb edən direktor müəllimi çox çətin vəziyyətə düçar edib. İstədiyi məbləği ala bilmədiyi zaman yetişdikdə isə müxtəlif bəhanələrə əl atıb. Nəticədə müəllim və direktor arasında anlaşmazlıq yaranıb.

Şikayətçi-müəllim Zeynalova Ləman Ağdam rayonu 38 saylı tam orta məktəbin direktoru Məsud Həmzəyev barəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya ərizə yazaraq kömək istəyir. Şəffaf karyerasının qərəzli olaraq təhlükə altına atılması, rəhbərlik tərəfindən rüşvətə məcbur edilməsi və s. kimi neqativ halların araşdırılmasını və qanuni tədbirlərin görülməsini xahiş edir.

KAİM.az saytı olaraq düşünürük ki, problemin həlli prossesində Təhsil Nazirliyi də zəruri tədbirlərini əsirgəməyəcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir