Cəmiyyət

Alimi ərzağa möhtac buraxanlar… – replika

Bir neçə gün əvvəl Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə AMEA-nın 100-ə yaxın əməkdaşına əzaq yardımı edilib. AMEA-dan bununla bağlı məlumat verilərək bildirilib ki, aksiyanın keçirilməsində məqsəd sosial vəziyyəti aşağı olan şəxslərə maddi və mənəvi dəstəyin göstərilməsi olub.
Bu xəbəri oxuyanda ürəyim lap cız elədi. Bu yardım Azərbaycanda alimlərin möhtac yaşamasının daha bir əyani sübutu, görmək istəmədiyimiz acı gerçəklər idi. Axı niyə alim möhtac, ehtiyac içərisində yaşamalıdır? Ölkənin “beyinləri” niyə özlərindən savadca qat-qat aşağı olan kimlərəsə ovuç açlamılıdır?

Bu yerdə yadıma müğənni Nadir Qafarzadənin uzun müddət əvvəl işlətdiyi bir cümlə yadıma düşdü. “Bir gedin alimin soyuducusan baxın, bir də mənim”. Adam haqlı imiş. Bilirmiş bu ölkədə alimlərin hansı şəraitdə, hansı şərtlər altında yaşadığını, bu ölkədə pulun alimdə yox, “manıs”da olduğunu.

Digər bir məsələ isə odur ki, ölkədə gənclər, körpə uşaqlar belə artıq “haqq yolu”nu bilirlər. Uşaqlar arasında keçirilən sorğular qarşınıza çıxıbsa, nədən bəhs etdiyim sizə aydırdır. Deyilsə, deyim…

Əvvəllər uşaqlara “kim olmaq istəyirsən?” deyə sual verdikdə bütün saflıqları ilə arzuladıqları peşələrin adlarını səsləndirirdilər. Amma indi bu saflıq məhv olub. Daha doğrusu, zorla məhv edilib. İndiki uşaqların çoxu pul gətirən, yaxşı “gəlir”i olan, yüksək maaş alan, rüşvət toplaya bilən sahələri seçirlər və səbəbini də açıq-aşkar etiraf edirlər. Çünki yaxşı görürlər ki, cəmiyyətimizdə kimlərə dəyər verilir.

Bu gün elm, savad baxımından yetərli kadlar yetişmirsə, bunun günahını yalnız özümüzdə axtarmalıyıq.

Leyla Mirzə, Bizimyol.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir