Cəmiyyət

Vilayət Eyvazovdan Ramiz Zeynalovun rəis bacısı oğlunun yerinə TƏYİNAT – ƏMR

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

zZirveyolu.info manset.az-a istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri ilə polis mayoru Vüqar Orucov Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin (“MERO”) rəisi təyin edilib.

Qeyd edək ki, bir müddət öncə nazirin əmri ilə, Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin (“MERO”) rəisi Xəqani Əsgərov vəzifəsindən azad edilərək təqaüdə göndərmişdi.

Xatırladaq ki, Xəqani Əsgərov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir