Artıq 4 aydır ki, cənub bölgəsində və digər bölgələrimizdə olan “ekoloji soyqırımlar” barədə kifayət qədər məlumat vermişdik. Amma çox təəssüflər olsun ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) həmişə sözügedən şikayətlərə bir saxta “don” geyindirmişdi. Siz, təsəvvür edin, Bir il bundan öncə belə “ekoloji soyqırımlar” çox az idi.
Zirveyolu.info xəbər verir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.
Xəbərdə daha sonra deyilir:
Yəni Ekologiya Nazirinin müavini Firdovsi Əliyev ekologiyaya nəzarət edən zaman belə də “ağçılıq” yox idi. Elə ki, Firdovsi müəllim bir az uzaqlaşdırıldı və kadr işlərinə və digər sahələrə nəzarət tapşırıldı Ekologiya Nazirinin müavini Vüqar Kərimova, o zaman ekologiyanın, ən əsas da meşələrin “fatihə”si verildi. Vüqar müəllim birinci kadrların ovuna çıxdı və onların şərləyib işdən uzaqlaşdırdı, yerlərinə isə “mütəxəsiska”ları gətirdi. Siz təsəvvür edin, Regional Meşə Təsərrüffatıarı Mərkızində rəhbər , baş mühəndis və mütəxəssis vəzifələrində orta ixtisas və qeyri-peşəkarlar (qeyri-meşəçilər) əyləşib. Bu təmiz biyabırçılığdır!!!. Meşələri kütləvi qırdırırlar və ağacların isə “işlik” material kimi sexlərə satırlar.
Redaksiyamıza Cəlilabad sakini Nəhmətov Əli Əhməd oğlu bir video müraciət göndərərək bildirir ki, bu “meşə soyqırımlar”ının başında Ekologiya nazırının müavini Vüqar Kərimov durur. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Adəm İsmiyev meşələrimiz məhv etdirdi və saxta yolla faktiki olmayan əkin və təbii bərpaları örtülü meşə sahəsinə keçirdi və s. Bu nə biyabırçıkığdır?! Meşələri qırdır və məhv etdir və sonda da bir ərizəni alıb səni işdən uzaqlaşdırdırsınlar. Bəs, sabiq direktor Adəm Ismiyevin işlədiyi vaxt törətdiyi cinayətlərə kim cavab verəcək?!
Həmin cinayətlıri Vüqar kimilər yıxacaq yazıq bir iki nəfər meşəçilırin boynuna.
Qarşı tərəfin də mövqeyini işığlandırmağa hazırıq.