Cəmiyyət

ADAU-da sistem çöküb – İDDİA

Bildiyimiz kimi ötən ilin yayında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə parkında abadlıq-quruculuq işləri aparılmışdı.Yeni layihə əsasında yenidən qurulan parkda tələbələrin daha rahat və səmərəli istirahətinin təşkil olunması məqsədilə velosiped nəqliyyatının təşviqi, park ərazisində velosiped yolu ilə bağlı infrastrukturun qurulması istiqamətində işlər görülmüşdü. Həmçinin park ərazisində istirahət zonalarının abadlaşdırılması, müasir fiqurlardan ibarət kompozisiyaların yerləşdirilməsi üçün müvafiq işçi qrupları cəlb olunmuşdu.

Zirveyolu.info xəbər verir ki, Aktualxeber.az-a daxil olan məlumata görə, rektor İbrahim Cəfərov abadlıq işlərindən də yararlanaraq qazanc götürür.Belə ki, ADAU-dan məlumatlı mənbəmizin verdiyi məlumata görə
Mexanizasiya korpusunda yerləşən tələbə parkında abadlıq işlərində müəllim və texniki işçiləri işlətməyinə baxmayaraq, 250.000 manat pulu büdcədən silmişdir. Bundan əlavə rektor təmirə ayrılan pulu öz cibinə qoyaraq universitetdə işləyən vəzifəli şəxslərə parka lazım olan inşaat və dekor ləvazimatlarını aldırtmışdır.
Hər il keçirilən Tələbə-Məzun Yarmarkası zaman güllərin əkilib korpusun bəzədilməsini təcrübə şöbəsinin müdirinə etdirən rektor, büdcədən ayrılan pulları öz cibinə qoyur. Parkda ucaldılan Şəhidlərin xatirəsi məqbərəsini magistır mərkəzinin tyutoru Orxan Qasımov öz əlləri ilə işləyərək hazırlamışdır. Bəzi məlumatlara görə parkın təmirinin xərcləri imtahan rəhbəri və magistr şöbəsinin direktoru tərəfindən ödənilmişdir. İllərdi mətbuatda şəninə təriflər yağdıran, özünü “İlin rektoru” elan etdirən, “mən həmişə universitetdə ən zəif tələbənin adamıyam” deyən İbrahim Cəfərov onların haqqına girir. Bu günlərdə bütün ali təhsil müəssisələri imtahanlara hazırlaşıb heç bir problemsiz imtahanlarını götürməyinə baxmayraq, ADAU-da də test imtahan sistemi 5 gündür dayanıb. Bildirlən məlumata görə test imtahan mərkəzinin serveriə Ruslan adlı şəxs tərəfindən müdaxilə edildiyinə görə o yararsız hala düşmüşdür və imtahanların gedişatı dayanmışdır. Mərkəzi server təmir üçün Bakı şəhərinə göndərilmişdir. Redaksiyamıza yeni məlumatlar da daxil olmuşdur. Onları dəqiqləşdirdikdən sonra oxucularımıza çatdıracağıq.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir