Cəmiyyət

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 645 yeni yoluxma faktı qeydə alınıb, 577 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib

Xatırladaq ki, 11 Yanvar 2022-ci il tarixində 673 yoluxma faktı və 14 ölüm qeydə alındığı açıqlanmışdı.13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 455 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2885, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3768, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 802 nəfərdir.

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir