Cəmiyyət

“Maaş kartımı dükana qoyaraq nəfəs aparatı, dərmanlar almışam, icra hakimiyyəti isə…” – Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

Vətən müharibəsində iştirak edən Bayramov Gündüz Yusif oğlu hələ də onun adına verilən medalı ala bilmir. Zirveyolu.info xəbər verir ki, məsələ ilə bağlı Moderator.az-a danışan G.Bayramov Şabran rayonunda yaşayır. Laçın, Qubadlı və Cəbrayıl uğrunda döyüşdüyünü deyir:

"Maaş kartımı dükana qoyaraq nəfəs aparatı, dərmanlar almışam, icra hakimiyyəti isə...”

“Bununla bağlı hər yerə müraciət etmişəm. Övladım kəskin bronxitdən əziyyət çəkir. Müalicə xərclərini çatdmırıq. Şabran rayon İcra Hakimiyyəinə gedirəm, məni dinləmirlər. Deyirlər get kimin üçün döyüşmüsən o da kömək eləsin, bizim rəsmi büdcəmiz yoxdur. Mən ailəmə baxa bilmirəm. Övladım reanimasiyaya yerləşdirilib, tez–tez boğulur, nəfəsi çatmır. Kommunal xərcləri və kirayə haqqını ödəyə bilmirəm. Dərmanalara görə maaş kartımı dükana qoymuşam, uşağa nəfəs aparatı, dərmanlar almışam”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir