“Bizim valyuta ehtiyatlarımız artıb. Baxmayaraq ki, keçən il böyük xərclərimiz olub. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“Ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq 2,5 milyard dollar valyuta ehtiyatlarımız artıb”, – Prezident vurğulayıb.