Cəmiyyət

ADAU rektoruna ŞOK İTTİHAM – SƏN DEMƏ…

Nəzərinizə çatdıraq ki, son vaxtlar Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə bağlı aktualxeber.az saytında bir neçə tənqidi məqalələr dərc etmişik. Bir neçə gün bundan əvvəl dərc etdiyimiz “İşçisindən rektora şok ittihamlar” başlıqlı məqalədə Ramil Yahyayev adlı ADAU-da 6 il təhsil almış və 2019-21-ci illərdə orada işləmiş şəxsin verdiyi müsahibə geniş rezonans doğurduğundan həmin müsahibənin davamını veririk.
– Keçən müsahibənizdə aqrar təhsillə bağlı danışdınız və bildirdiniz ki, ADAU-da külli miqdarda rüşvət alanlar var.
– Bəli tamamilə doğrudur. Mən bakalavr təhsili alanda rektor İbrahim Cəfərovun göstərişi ilə diplom işi dövlət imtahanı ilə əvəz olundu.Həmin vaxt, yəni 2018-ci ildə Gəncə hadisələri baş verdiyindən həm Gəncənin icra başçısı, həm də kənd təsərrüfatı naziri vəzifəsindən getmişdi. İ.Cəfərov o zaman Gəncəyə icra başçısı olmaq həvəsinə düşmüşdü.Həmin il məzun olan hər bir tələbədən 500-600 manat dövlət imtahanına pul yığıldı.Çox maraqlısı da o idi ki, bütün günü korpuslarda gəzən, heç iş otağına belə getməyə vaxt tapmayan İ.Cəfərov həmin ərəfədə itib batmışdı. Dövlət imtahanına yığılan pulla bağlı müraciət edənlərə isə rektorun gah Bakıda, gah da xaricdə olduğunu bəhanə edib hər tələbədən ən azı 500 manat (mən özüm də 500 manat vermişəm) aldılar. İndi isə rektor özü kimi rüşvətxor və tədrisin nə olduğunu belə bilməyən, öz ciblərini doldurmaq üçün vəzifəyə pul verərək gələn dekanlar və şöbə müdürlərini vəzifəyə gətirir. Dekanlar içində ən rüşvətxoru isə rəhbəri İ.Cəfərov kimi pulu hər şeydən üstün tutan və işlədiyi universitetdə işçiləri ilə sevgi macərası yaşayan Famil Nəsibov imtahanların birini belə pulsuz yazmağa müəllimlərə imkan vermir. Onu da deyim ki, F.Nəsibovdan bunun səbəbini soruşduqda, “mən 60 min manat vermişəm dekan olmaq üçün bəs o pulu necə çıxarım” deyir. 1-ci kursdan 4-cü kursa kimi bütün tələbələrdən 100-150 manat almamış qiymət yazdırmır. Təkcə imtahan deyil, kurs işlərindən, diplom müdafiəsi və rüblük hesabatlardan da pul alır. İmtahanları əlaçı bitirən tələbələr pul verməkdən imtina etdikdə isə onların imtahana giriş ballarını azaltdırıb qiymətlərini aşağı yazdırır. İndi siz görün aqrar təhsili necə bir ağlar günə qoyublar. Rektor ADAU-da media tur zamanı bildirdi ki, test imtahanından az tələbə kəsilir, amma şifahi və yazılı imtahandan 20 faiz tələbə kəsilir. Bu sözləri rektor yalan deyir jurnalislərə… Əslində isə ən azı 80 faiz tələbənin kəsildiyini ADAU-da hamı bilir. Daim mən tələbənin yanındayam deyən rektor deyəsən bərk kasıblayıb ki, tələbələrin təqaüdünə və kasıb tələbələrin təkrar imtahana girmək üşün ödədikləri pula qalıb…
– Deyilənə görə rektor gənc kadrlara üstünlük verir, sizcə bunu nəyə görə edir?
– ADAU-da rektor hansısa şöbə müdirini deyil, heç texniki işçini belə pulsuz işə götürmür. Misal üçün Tədris şöbəsinə müdir götürdüyü Elay Zeynallını deyək. Heç universitetin adını belə düz deyə bilməyən E.Zeynallı “Azərbaycan Respublikasında maliyyə hesabatları əsasında təsərrüfat-maliyyə fəaliyyətinin təhlili və qiymətləndirilməsi” mövzusunda işlədiyi elmi araşdırmanı 2 ilə bitirib. Mənə və ADAU-da bir çoxlarına bu maraqlıdır ki, iqtisadçıların çoxu ən tezi 3-4 ilə elmi işini bitirdiyi halda necə olur ki, gənc şöbə müdiri “fitri istedad” göstərir. Bir maraqlı məqam da ondan ibarətdir ki, Elay Zeynallının elmi rəhbəri Məhərrəm Hüseynovun öz dokturluq müdafiəsini Ali Attestasiya Komissiyası üç dəfə qəbul etməyibdir.
Sonda onu da qeyd edək ki, məqalədəki bəzi məqamlar həmsöhbətimizin subyektiv fikridir və redaksiyamızın mövqeyinə uyğun gəlməyə bilər.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir