Cəmiyyət

Goranboy bələdiyyəsinin sədrinin BAŞI DƏRDDƏ – İDDİA

Goranboy Bələdiyyəsinin sədri Şəmsi Əliyevin rayondan çıxışına qadağa qoyulub.

Zirveyolu.info xəbər verir ki, Hurriyyet.az-a bu haqda məlumat verən mənbənin sözlərinə görə, bələdiyyə sədrinin fəaliyyəti ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılır. Bildirilir ki, Ş.Əliyevin barəsində çoxsaylı şikayətlər olduğundan, onun Goranboydan çıxışına rəsmi qaydada qadağa qoyulub.

Mənbə deyir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi bəldəiyyə sədrinin həbsinə səbəb ola bilər. Çünki onun barəsində çox ciddi ittihamlar mövcuddur.

Xatırladaq ki, Əliyev Şəmsi Talıb oğlu 1980-ci ilin oktyabr ayının 25-də Goranboy rayonunun Şəmmədli kəndində anadan olub.

2003-cü ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra 2004-cü ilə qədər Goranboy rayon Subartezian Quyuları İstismar İdarəsində Elektrik elektirk vəzifəsində işləyib.

2004-2008-ci illərdə Goranboy şəhər Mənzil İstismar İdarəsində mühəndis, 2008–2014-cü ilərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon Regional Torpaq Kadastr mərkəzində mühəndis vəzifəsində işləyib.

2014-cü ildə keçirilən bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.

Bələdiyyə üzvü və 2015-ci ilin yanvar ayının 30-da Goranboy bələdiyyəsinin 1-ci iclasında Goranboy bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir