Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisi Tərlan Qədirovun vəfat etməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
“Unikal”-ın əldə etdiyi məlumata görə, T. Qədirov “Excelsior” otelinin idman zalında məşq edirmiş. Məşqdən sonra buxar otağına keçib. Özünü pis hiss etdiyindən “Məni çölə çıxarın” deyərək dünyasını dəyişib.
Qeyd edək ki, T. Qədirov bir müddət əvvəl koronavirusdan müalicə alıb.