Cəmiyyət

Murad Dadaşovun Kardaşyan TUTQUSU – Xəzər TV prezidentinin erməni sevgisi haradandır? – FOTO – REPLİKA

Xəzər TV-nin prezidenti Murad Dadaşov qalmaqallı davranışı ilə növbəti dəfə diqqət mərkəzinə düşüb.

Zirveyolu.info Yenicag.az-a istinadən xəbər verir ki, Murad Dadaşovun erməni əsilli amerikalı fotomodel Kim Kardaşyanın bacısı Keylinin sosial şəbəkədə etdiyi paylaşımı bəyənməsi və onun təqibçisi olması Xəzər TV rəhbərinə yönəlik əsaslı suallar doğurub.

Əslində, erməni təəssübkeşliyini hər imkanda nümayiş etdirən, Qarabağdakı separatçılara maddi-mənəvi dəstəyini heç vaxt əsirgəməyən Kim Kardaşyanın və bacılarının paylaşımlarını bəyənmək, sosial şəbəkələrdə onları təqib etmək bəlkə də qəbahət deyil.

Bu maraq hansısa sıravi insana məxsus olsaydı, yəqin ki bir “like” ətrafında belə müzakirənin açılmasına ehtiyac qalmazdı. Amma söhbət ictimai statusu olan, ölkədə fəaliyyət göstərən populyar telekanallardan birinin rəhbərinin erməni simpatiyasından gedirsə, bu, üzərindən sükutla keçiləcək durum deyil.

Xatırlatmaq yerinə düşər ki, məşhur “şən və hazırcavab oğlan”ın Xəzər TV-nin rəhbərliyinə gətirilməsinin əsas şərtlərindən biri onun telekanalda milli dəyərlərin təbliğinə xüsusi yer ayırması, veriliş və layihələrdə bu amili nəzərə almasının vacibliyi olub.

Lakin göründüyü kimi, Murad Dadaşovun “tolerantlığı” Kardaşyanın ailə üzvünün paylaşımını bəyənmək və onun təqibçisi olmaq qədər dərinə nüfuz edib. Təbii, Murad Dadaşov və onun dəstəkçiləri Kardaşyanın paylaşımını bəyənməyin günah olmadığını “əsaslandırmağa”, hətta onu qınayanları haqsız çıxarmağa uğursuz cəhd göstərəcəklər.

Ancaq qoyulan sual öz aktuallığını saxlayır: Murad Dadaşovun erməni simpatiyası haradan qaynaqlanır?

Murad Dadaşovun Kardaşyan TUTQUSU – Xəzər TV prezidentinin erməni sevgisi haradandır? – FOTO – REPLİKA
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir