Prezident qalmaqallı icra başçısını İŞDƏN ÇIXARDI
İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, İ.Gülməmmədova qalmaqallı icra başçısı kimi yadda qalıb. O, qeyri-qanuni tikintilərlə bağlı tez-tez gündəmə gəlib.
Abdin Fərzəliyev VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Teymur Musayev səhiyyə naziri TƏYİN EDİLDİ
Teymur Musayev səhiyyə naziri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.



