Cəmiyyət

Gəncə təhsil sistemində NƏ BAŞ VERİR? – “Təəssüflər olsun ki…”

Gəncə şəhər təhsil işçiləri Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin gəlişi ilə yaxşılığa doğru bir dəyişikliyin olacağını gözləyirdilər. Amma təəssüflər olsun ki, çox keçmədi, yağışdan çıxıb, yağmura düşdükləri məlum oldu.

Anar Qədiməliyevin bu cür idarəçiliyi qaçılmaz idi. Çünki Gəncə kimi bir şəhərin çoxsaylı müəllim ordusundan bir nəfər layiqli, peşəkar pedaqoq tapılmadı ki, qeyri-peşəkar, pedaqoji təhsili olmayan, təcrübəsiz bir adamı birdən-birə Gəncə təhsilinin başında oturtdular.

Təəssüflər olsun ki, bu gün də Təhsil Nazirliyi tərəfindən “dostum, tanışım olsun” prinsipi ilə rəhbər təyin edilir. Digər keyfiyyətlər əhəmiyyət kəsb etmir. Əgər xaricdə az da olsa gedib görünmüsənsə, deməli sən hamıdan üstünsən. Bu onu göstərir ki, öz tədris ocaqlarımıza etibar etmirlər, bircə xaricə get, orda görün və qayıt. Bu təkcə kifayət eləmir,eyni zamanda da adamın olmalıdır, vəssalam. Sən təcrübəlisən, təcrübəsizsən, ixtisasın uyğun gəlir, yoxsa gəlmir, dəxli yoxdur, təkcə boş yer olsun.

Baxın, Anar Qədiməliyev iqtisadçıdır, bir gün də müəllim işləməyib, yəni pedaqoji işdən xəbəri yoxdur, amma Təhsil Nazirliyində adamı var. Bunu özü deyir ki, “təhsil naziri dostumdur, qaynanamı da Gəncə İcra Hakimiyyətinin başcısı tanıyır, isti münasibəti vardır”. Gülməlidir, elə deyilmi?!

Allah rəhmət eləsin, Məhəmməd Hüseyn Şəhriyara «bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar».

Bu yaxınlarda sosial mediadan məlum oldu ki, Anar Qədiməliyev vətənə xidməti borcunu yerinə yetirməkdən yayınmaq üçün saxtakarlıq edərək xəstəlik kağızı çıxartdırıb. Beləliklə, o, hərbi xidmətdə olmayıb. Yəni özünüz fikirləşin, saxtakarlıqla məşğul olan belə bir adam, təhsilimizin inkişafı üçün müsbət nə iş görə bilər?
Hurriyyet.az.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir