Cəmiyyət

Vüqar Abdullayev işdən çıxarıldı – Onun yerinə isə…

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini Vüqar Abdullayev vəzifəsindən azad olunub.

“Qafqazinfo” xəbər verir ki, fondun icraçı direktorunun yeni müavini Aqşin Cahangirov olub.

Məlumatı Əmanətlərin Sığortalanması Fondundan dəqiqləşdirmək istəsək də, qurumun Mətbuat xidmətindən xəbər nə təsdiq, nə də təkzib edilib. Bildirilib ki, hazırda bununla bağlı mediaya hər hansı bir informasiya verilmir.

Maraqlıdır ki, bir neçə gün əvvəl fondun rəsmi internet saytında icraçı direktorun müavini bölməsində Vüqar Abdullayevin adı olsa da, hazırda həmin bölmədə Abdullayevin adı çıxarılıb və yenilənməyib.

Qeyd edək ki, V. Abdullayev Prezidentin sərəncamı ilə 1 avqust 2017-ci ildə sözügedən vəzifəyə təyin olunmuşdu.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir